manset Siyasət

Moskva erməni generalı qaytarmaqdan imtina edir – Hələ veriləcək suallar var

Sharing is caring!

Minskdə keçirilən MDB-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlətlərarası Şurasının iclasında Ermənistanın Baş prokuroru Artur Davtyan öz çıxışında Rusiyada sığınacaq əldə edən şəxslərin qaytarılması məsələsinə toxunub.

XeberAl.az  ordu.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-lərində müəllif yazısı dərc olunub.

Müəllifə görə, o bu istiqamətdə ümumi mexanizmlərin yaradılmasının zəruriliyi haqqında danışıb.

“Davtyan bu məsələyə iyunun 25-də Rusiya Fedarasiyasının səfiri ilə İrəvanda baş tutan görüşü zamanı da toxunub. Faktiki olaraq, İrəvan Avrasiya məkanında ardıcıl olaraq məsələni qaldırmaq niyyətindədir. Məsələnin maraqlı tərəflərinin olduğu qeyd edilir. Bildirlir ki, qeyd edilən məsələ Ermənistan üçün nə dərəcədə vacibdirsə, MDB məkanı ölkələr üçün bir o qədər əhəmiyyətsizdir. Çünki Ermənistan hakimiyyətindən fərqli olaraq, MDB məkanı ölkələrin siyasi rəhbərliyi tamamilə başqa problemlər qarşısında qalıblar.

Bu barədə Ermənistanda baş tutan çevrilişdən sonra çox danışılır. Məsələ məhkəmə aktlarının icrası komitəsinin sabiq rəisi, general Mihran Poğosyanın işi ilə bağlı daha aktualdır. Bu məsələdə hələki qeyri-müəyyənlikdir, məlum deyil ki, ruslar Poğosyanı Ermənistana qaytaracaqlar, ya yox? Ehtimal edilir ki, rusların Poğosyana ünvanlayacaq sualları başa çatdıqdan sonra Ermənistana qaytarılacaq.

Onlar sabiq Ermənistan hakimiyyətinin sonadək dürüst olduğunu və ya hansı məqamlarda dürüst olmaya biləcəklərini müəyyən etmə imkanının olması faktını əldən vermək istəmirlər. Başqa sözlə desək, Moskva istənilən halda ofşorun əks üzünün aydınlaşdırılması imkanından istifadə edəcək”, – deyə müəllif bildirib.

Müəllif yazısında qeyd edilir ki, İrəvan və Avrasiya klubu arasında mövcud gündəliyin tam hazırlanmasına nə qədər vaxt tələb olunacağı məlum deyil.

“Bu günlərdə Fransa məhkəməsində Ermənistanda böyük diqqət görməyən qərar qəbul olunub. Məhkəmə Özbəkistanın sabiq prezidentinin qızına aid olan Fransadakı əmlakının satılmasına və pulların Özbəkistan büdcəsinə qaytarılmasına dair qərar verib. Hazırda İslam Kərimovun qızı Özbəkistanda azadlıqdan mərhum edilib, Fransa məhkəməsinin onun daşınmaz əmlakının satılması və qaytarılmasına dair qərar qəbul etdiyi xüsusilə vurğulanır.

Eyni zamanda bu gözlənilməz qərarın qəbul olunmasınadək, həm də Fransa kimi bir ölkədə bu proses 4-5 il davam edir. Görəsən, İrəvan və Avrasiya klubu arasında mövcud gündəliyin tam hazırlanması, əmlakın siyahıya alınması və qarşılıqlı məsələlərin razılaşdırılması ilə gündəmdən çıxarılmasına neçə il tələb olunacaq?”, – deyə müəllif istehza ilə vurğulayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir