Siyasət

Azərbaycan ABŞ-da keçiriləcək Forumda təmsil olunacaq

Sharing is caring!

Azərbaycan ABŞ-da keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumunda təmsil olunacaq.

“Report”un yerli bürosunun məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ABŞ-a işgüzar səfər edəcək.

17-20 mayda baş tutacaq səfər çərçivəsində V.Hüseynov BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında ilk dəfə yüksək səviyyədə keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirak edəcək.

Mayın 18-də baş tutacaq “dəyirmi masa”ya Azərbaycan və Mərakeş Krallığı həmsədrlik edəcək. Mərakeş Krallığını Xarici İşlər naziri təmsil edəcək. Tədbirdə bütün üzv dövlətlərin nümayəndələrinin iştirakı gözlənilir.

Səfər çərçivəsində həmçinin V.Hüseynovun ikitərəfli görüşləri planlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir