Manşetüstü Siyasət

Kəlbəcərli girovun oğlundan ŞOK AÇIQLAMA – FOTO

Sharing is caring!

Bu gün Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı girov götürülməsinin 5 ili tamam olur.

XeberAl.az xəbər verir ki, Ermənistanın girov saxladığı azərbaycanlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov şəxsi Feysbuk səhifəsində atasının girov götürülməsinin 5-ci ildönümü ilə bağlı olduqca diqqətçəkən status paylaşıb.

Kürdoğlu Əsgərovonu yazdığı statusu olduğu kimi təqdim edirik:

“2014 cü ilin 9 iyul ayında Sahbazı Quliyev Kəlbəcərdə ermənilər tərəfindən girov götürüldükdən 2 gün sonra-yeni bu gün 11 iyulda Həsən Həsənov girov götürlərək vəhşicəsinə amansızlıqla qətlə yetirildi. Sahbazı girov götürüb Həsəni qətlə yetirən ermənilər, Dilqəm Əsgərovun axtarışı və tutulması ücün rus və erməni hərbçilərini ayağa qaldırıdılar, hətta bir neçə vertolyot belə qaldırmışdılar ki, Dilqəmi girov götürsünlər və istəklərinə nail oldular. 2014 cü ilin iyul ayının 14-ü Dilqəm Əsgərovu (atamı) girov götürdülər. Atamın tutulması artıq mənə aydındı, kimin əli ilə atamı tutdular, artıq orası da aydındır. Keçən 5 il ərzində müxtəlif beynəlxalq təşkilatlarda cağırışlar etsəm də, əsfsuslar olsun ki, hələ də atam qanunsuz olaraq erməni girovluğunda saxlanılır. Atamı erməni girovluğundan azad edə biləcək tək bir insan, tək bir dövlət və tək bir xalq var-Azərbaycan Prezidenti, Azərbaycan dövləti və Azərbaycan xalqı”.

Kürdoğlu Əsgərovun “Atamın tutulması artıq mənə aydındı, kimin əli ilə atamı tutdular, artıq orası da aydındır” yazmaqla nəyə işarə etdiyi, əslində nəyi demək istədiyi maraq doğurur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir