Siyasət

Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin edilib.

APA-nın məlumatına görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun iyulun 8-də imzaladığı fərmanla Nurlan Əjdər oğlu Pənahov Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, Nurlan Pənahov bundan əvvəl Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsində çalışırdı.