Siyasət

İlham Əliyev: “Zəngəzur dəhlizinin açılması 10 noyabr üçtərəfli bəyanatının tərkib hissəsidir”

Sharing is caring!

“Zəngəzur dəhlizinin açılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr üçtərəfli bəyanatının tərkib hissəsidir. Bu bəyanat Ermənistan üzərində bir sıra öhdəliklər qoyub”.

Azərbaycan Prezidenti İlham Əliyev NATO baş katibi Yens Stoltenberqlə Brüsseldə keçirilən mətbuat konfransında belə deyib.

O bildirib ki, bir il ərzində irəliləyişə nail olmaq heç də asan məsələ deyil.

“Bu mərhələdə Azərbaycanın digər əraziləri ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsi yaradan dəmir yolunun, eləcə də avtomobil yolunun çəkilişi üçün razılığa gəlmişik. Lakin bu yolun çəkilişi üçün dəqiq marşrut hələ müəyyən edilməyib. Bu məsələ gələcəkdə müzakirə olunacaq. Bu axşam Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək üçtərəfli danışıqlarda müzakirə ediləcək”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir