Ukraynada “AN-12” tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. XəbərAl.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin Lvovdakı Baş İdarəsindən bildirilib. Təyyarə Lvov şəhəri yaxınlığındakı Sokolnik qəbristanlığına düşüb. İspaniyanın Viko şəhəri istiqamətində çarter uçuşu həyata keçirən təyyarənin göyərtəsində 7 nəfər olub. Onlardan 4-nün meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir. […]
Qondarma “DXR” yaraqlıları tərəfindən əsir götürülən 45 yaşlı britaniyalı humanitar işçi Pol Yuri xəstəlik səbəbindən dünyasını dəyişib. Bu barədə “Sky News” xəbər verib. Ailəsinin Xarici İşlər Nazirliyindən aldığı məlumata görə, Pol Yuri 5 gün əvvəl dünyasını dəyişib. Yuri aprelin 25-də Zaporojye yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində britaniyalı könüllü 22 yaşlı Dilan Hili ilə birlikdə əsir götürülüb. Qondarma […]
Astarada 4 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində avtomobil piyadanı vuraraq öldürüb. “Report” xəbər verir ki, Astara rayonunun Kijəbə qəsəbə sakini 24 yaşlı Vəfa İbadova “Chevrolet Cruze” markalı avtomobillə Siyəkü kəndindən Pensər kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək VAZ-2199 və iki ədəd VAZ-2107 markalı maşına çırpılıb. Bundan sonra həmin avtomobil yolun kənarı ilə gedən 53 yaşlı Şahağacı kənd […]