Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Patriarx Kirillə başsağlığı verdi

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı məktubu ünvanlayıb.

“XəbərAl.az” xəbər verir ki, məktubda deyilir:

“Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbər bizi dərindən kədərləndirdi.

Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan–Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq.

Zati-müqəddəsləri, bu kədərli anlarda ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir