Siyasət

Nəsimi İcra Hakimiyyəti təntənəli tədbir keçirdi – Foto

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Opera və Balet Teatrında Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

XəbərAl.az xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. İcra başçısı bildirib ki, Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb.

A. Əsgərov onu da əlavə edib ki, Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin isə uğurlu gələcəyinin qarantıdır.
Tədbirdə Milli Məclisin deputatları Fəttah Heydərov, Asim Mollazadə, Şəmsəddin Hacıyev, Azər Badamov, İlham Məmmədov,   Məlahət İbrahimqızı,  Ülvi Quliyev, Kamran Nəbizadə,Kamilə Əliyeva, Mahir Aslanov,  Auditorlar Palatasının Sədri Vahid Novruzov,  Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov və digər rəsmi qonaqlar iştirak ediblər.

Əməkdar artistlər İlqar Muradov və Aygün Bəylər ifaları ilə mərasimi daha da rəngarəng ediblər. Tədbir Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.