Siyasət

“Moskva razılaşması yalnız Azərbaycanın maraqlarına uyğundur” – Edmon Marukyan

Sharing is caring!

“Mümkün olan bütün hakimiyyətyönümlü KİV vasitəsilə böyük sevinclə yeni razılaşma ilə Ermənistanı İran və Rusiya ilə birləşdirəcək dəmir yolunun açılacağı təqdim olunurdu”.

XəbərAl.az xəbər verir ki, bunu İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan feysbuk səhifəsində yazıb.

“Bununla belə, erməni xalqının bu görüşdən yalnız bir gözləntisi var idi – hərbi əsirlərin qısa zamanda qaytarılması barədə razılaşma. Ancaq bu baş vermədi”, – o qeyd edib.

Deputatın fikrincə, Moskvada imzalanan yeni razılaşma yalnız Azərbaycanın maraqlarına uyğundur. O qeyd edib ki, müzakirə yenə rəsmi Bakının gündəliyi çərçivəsində aparılıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir