Siyasət

Milli Məclisdə 15 yeni medalın təsis edilməsi təklif olunur

Sharing is caring!

Milli Məclisin bu gün keçirilən iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, hazırda Azərbaycanın 10 ordeni və 64 medalı var:

“Prezident İlham Əliyev tərəfindən daha 2 orden, 15 medalın və bir yeni adın təsis edilməsi təklif edilib. Hazırda Azərbaycan Respublikasının ən yüksək təltifi Heydər Əliyev Ordenidir.

Təklif edilir ki, ikinci ən yüksək təltif “Zəfər” Ordeni olsun, həmçinin “Qarabağ” ordeninin təsis olunması nəzərdə tutulur. Medallarla bağlı isə “Vətən müharibəsi Qəhrəmanı” medalı xüsusi əhəmiyyət kəsb edir. Bu medal Vətən müharibəsi adının fərqlənmə nişanıdır.

“Vətən müharibəsi Qəhrəmanı” adı düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsinə görə veriləcək. Vətən Müharibəsi Qəhrəmanı adı almış şəxslər qanunla müəyyən edilmiş güzəştlərdən istifadə edəcək. Bu, sonrakı qanun layihələrində əksini tapacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir