Siyasət

Fəzail Ağamalı:Yaşasın xalqımızla ordumuzun və Ali Baş Komandanımızın sarsılmaz birliyi!

Dəyərli dostlar!

Qəhrəman Silahlı Qüvvələrimiz, igid əsgər və zabitlərimiz Ali Baş Komandanımızın rəhbərliyi altında yağı düşmənə, Ermənistana olduqca ciddi, ağır və sarsıdıcı zərbələr endirmişdir. Düşmənin çoxsaylı, çoxminli itkiləri və yaralıları var. Hərbi texnikası demək olar ki, sıradan çıxarılmışdır. Ermənistan ordusunda fərarilik geniş miqyas alıb. Əldə etdiyimiz dəqiq məlumata görə artıq onlar sursat, ərzaq və tibbi ləvazimat baxımından çox ağır durumdadırlar.

Əlbəttə, ölkə prezidenti, Ali Baş Komandan və sərkərdə kimi özünü yüksək səviyyədə ​ təsdiq etdi. Qeyd etməyi vacib hesab edirəm ki, onun ​ illərdən bəri çox uğurla həyata keçirdiyi diplomatiya Azərbaycan dövlətinə ciddi uğurlar qazandırmışdır.

Ermənistanın dünyanın aparıcı dövlətlərinə aramsız yalvarışları ​ həmin dövlətlərin Azərbaycanı sülhə dəvət etməsi gözlənilən idi. Lakin, prezidentimiz incə manevrlə, humanitar xarakter daşıyan, bir neçə günlük atəşkəsə konkret və qətiyyətli ​ şərtini irəli sürdü. Əgər Ermənistana verilən bu şansdan yararlanıb, işğalçı ordusunu Azərbaycandan çəkməsə, Silahlı Qüvvələrimiz hərəkətə keçəcək və işğalçı Ermənistanı peşman edəcəkdir. Çox aydın və birmənalı, prinsipial mövqedir.​ Əgər Azərbaycan bu humanitar, bir neçə günlük atəşkəsə razılıq verməsəydi, Ermənistana ​ və Ermənistanı müdafiə edən qüvvələrin bizə qarşı daha kəskin addımlar atmasına əsas verə bilərdi.

​Ölkə prezidenti dünən Azərbaycan xalqına müraciətində olduqca aydın şəkildə bəyan etdi ki, Ermənistanın son əsgəri torpaqlarımızda ölənə qədər Silahlı Qüvvələrimiz öz hərbi əməliyyatlarını davam etdirəcəklər. Biz olduqca qürurverici və şərəfli anlarımızı yaşamaqdayıq.​ 200 ildən bu yana üzərimizə gələn, tarixi torpaqlarımızda dövlətini yaradan və işğalçılıq siyasətini davam etdirən vandal, faşist düşüncəli ermənilərlə son döyüşün içərisindəyik.

Qətiyyən şübhə etmirəm ki, bu tarixi döyüşdə biz qalib gələcyik.

Buna heç kəsin şübhəsi olmasın.

Sosial şəbəkələrdə Dəyərli həmvətənlərimizin görsətdikləri narahatçılıqları başa düşürəm.

Ancaq onları əmin etmək istəyirəm ki, müharibəni sona qədər, murdarların son əsgərini torpaqlarımızdan qovulana və öldürülünə qədər döyüşümüz davam edəcəkdir.

Dünən Moskvada Rusiya, Azərbaycan və işğalçı ölkənin Xarici İşlər nazirlərinin görüşündə əldə edilmiş razılıq müvəqqətidir və humanitar xarakter daşıyır. Bunu Atəşkəs kimi qiymətləndirmək və başa düşmək olmaz.

Düşmənlərimiz, anti-Azərbaycan qüvvələri qəsdən, düşünərək bu humanitar razılaşma ətrafında monikulyasiya aparırlar.

Guya biz atəşkəs rejiminə razılıq vermişik, Rusiyanın təzyiqilə Ermənistana qarşı müharibəni dayandırmışıq və s. Qətiyyən belə bir şey yoxdur!

Baxın, ölkə prezidenti nə söylədi: Ermənstanın rəhbərliyinə dedi ki, kimə yalvarırsan yalvar kimin qabağında alçalırsan alçal, kimin qarşısında baş əyirsən əy, kimin dabanını yalayırsan yala. Torqaplarımızı işğaldaan azad etməyə, heç bir dövlət, heç bir qüvvə bizə mane ola bilməyəcəkdir!

Bundan qətiyyətli və birmənalı mövqe nə ola bilər?!

Ona görə də dəyərli həmvətənlərimi əmin etmək istəyirəm ki, ordumuz düşmənin istənilən davranış və hərəkətlərini diqqətlə izləyir.

Əgər onlar əldə olunan müvəqqqəti atəşkəsə əməl etməsələr, layiq olduqları cavabı alacaqlar.

Gəlin, biz Azərbaycana düşmən münasibəti bəsləyən və özünü Azərbaycanlı bilən, lakin şərəfini, milli qürurunu və milli mənliyini itirən insanların avantürist çağrışlarına layiqli cavablarımızı verək və yenə də ordumuzla, Ali Baş Komandanımızla bir olaq! Sosial şəbəkələrdə onların qarşısında iradəmizi nümayiş etdirək, avantüraya hiyləyə və yalana qarşı qətiyyətli möveyimizi ortaya qoyaq.

Əziz ​ dostlar!

Qələbə bizmlədir.

Qarabağ bizimdir.

Qarabağ Azərbaycandı!

Yaşasın xalqımızla ordumuzun və Ali Baş Komandanımızın sarsılmaz birliyi!

Fəzail Ağamalı,

Ana Vətən Partiyasının sədri,

Millət​ vəkili


10 Oktyabr 2020-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir