manset Siyasət

Partiya sədrinin müavini: “Cəmil Həsənli Amerikaya köçəndən təkcə bığ buraxmayıb…”

Milli Şuranın sabiq üzvü Eldəniz Quliyev bildirib ki, ABŞ̧ Dövlət Departamenti bir ç̧ox qrantlar verirdi. Söz azadlığına, demokratik təsisatlara pul ayırırdı. İndi isə bütün bu maliyyəni dayandırıb. Yalnız cinsi azlıqların müdafiəsi ilə məşğul olan qurumlar istisna təşkil edir. Bu nədənsə xəbər verir. Fikir verin, bu sözləri hansısa müstəqil siyasətçi yox, dünənə kimi Milli Şuranın üzvü olmuş biri deyir. Milli Şuranın başqa bir üzvü belə fakt açıqlamış olsaydı, ona bir ad qoşmaq qaragüruhçular üçün ikinin ikiyə vurulması qədər asan olardı. Yaman yerdə axşamladılar. Şuranın az qala onurğa sütunu sayılan bir şəxsin bu açıqlaması və özünü ifşaya qalxması gözlənilməz oldu.

 

Demokrat.az-ın xəbərinə görə, bunu Ana Vətən Partiyası sədrinin müavini Arzuman Abdulkərimov bildirib.
Onun sözlərinə görə, adamı elə mənəvi çarmıxa çəkiblər ki, Şuradan uzaqlaşar-uzaqlaşmaz bütün koordinatları ortaya qoydu:

“Cəmil Həsənlinin əqidəsində bu bir ildə ABŞ-da yaşaya-yaşaya mutasiya baş verib. Bu fikirləri də Eldəniz Quliyev deyib. Aydın olur ki, Cəmil Həsənli Amerikaya köçəndən təkcə bığ buraxmayıb. Bəlkə də sahib olduğu milli-mənəvi dəyərləri də bir göz qırpımında okeanın o tayına atıb. Fakt budur ki, bu adam bütün mental dəyərlərin əksinə olaraq, cinsi azlıqların tərəfində olan bir təşkilata, onun fəal üzvlərinə açıq dəstək verir. Bu prosesə qarşı çıxanları da ya öz yoluna gətirir, ya da qaçmağa məcbur edir”.
A.Abdulkərimov qeyd edib ki, radikal müxalifətin indiyə kimi yaratdığı təşkilatların bir çoxunun taleyi nakam olub:
“Milli Şura da yarananda taleyinin nakam olacağı bəlli idi. Çünki ora toplaşanları heç bir ideya birləşdirmirdi. Onlar ancaq nə yolla olur-olsun, hakimiyyətə gəlmək barədə düşünürdülər. Yaranmasından uzun zaman keçməsinə baxmayaraq, bu marginal təşkilat nəinki hakimiyyətə gələ, heç hakimiyyətin kandarına belə yaxınlaşa bilmədi. Belə olan təqdirdə ora toplaşan hakimiyyət hərisləri bir bəhanə ilə təşkilatı tərk etməyə başladılar”.
Arzuman Abdulkərimov xüsusilə Milli Şuranın videokonfransından sonra insanların bu təşkilatın başında duranların nə qədər cılız və hansı əxlaqın sahibi olduqlarını gördüyünü vurğulayıb.
Sədr müavininin fikrincə, Milli Şura sədri Cəmil Həsənli “üzdəniraq” dediyi birinin qarşısında geri çəkildi:
“Çünki həmin insanın hansı dairələrə bağlı olduğu Həsənliyə yaxşı məlum idi. Açıq görünür ki, Cəmil Həsənlinin Amerikada yaşamasını da həmin dairələr, yəni cinsi azlıqların hüquqlarını müdafiə edən təşkilatlardan biri maliyyələşdirir. O ki qaldı Eldəniz Quliyevin Cəmil Həsənli barəsində dediyi “Cəmilin əqidəsi mutasiya olub” fikrinə, onun əqidəsinin mutasiya olması bizə çoxdan məlum idi. Yəqin ki, Eldəniz Quliyev bu barədə indi xəbər tutub”.
Onun fikrincə, Milli Şura və radikal müxalifətin maliyyəsinin həmişə qeyri-sağlam mənbələrdən gəldiyi hər kəsə bəllidir:
“İndiki halda ABŞ Dövlət Departamentinin prioritetində olan məsələlərdən biri də başqa ölkələrdə olan cinsi azlıqlara yardım etməkdir. Radikal müxalifət isə bu fürsəti buraxmaq istəmir. Cinsi azlıqlara ayrılan yardımlardan yararlanmaq üçün bütün vasitələrə əl atırlar. Yəni bunlar üçün müqəddəs heç bir hiss yoxdur.

Bütün mental dəyərləri ayaq altına atıblar. Bu isə kənardan çox iyrənc və eybəcər görünür. Fikir verdinizsə, Eldəniz Quliyevin şuradan çıxmasına və Cəmil Həsənlinin cinsi azlıqları dəstəkləməsinə Əli Kərimli çox loyal yanaşdı. Bir daha təkrar edirəm, bunlar üçün heç bir əqidə bağlılığı yoxdur. Pul üçün öz əqidə yoldaşlarını daim qurban veriblər. Hətta liderim dedikləri insanı satmaqdan belə çəkinməyiblər. Bu adamlar “hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlıq edərik” deyirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir