manset Siyasət

Zelenski İlham Əliyevdən kömək istədi

Sharing is caring!

Ukrayna Beynəlxalq Valyuta Fondunun vəsaiti olmadan böhranın öhdəsindən gələ bilməz.

Xəbəral.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“İnsan bir həftə su olmadan yaşaya bilərmi? BVF ilə bağlı situasiya da bu cürdür. Biz nə üçün risk etməliyik? Biz nə üçün situasiyanı defolta gətirməliyik? Bizə nə üçün belə sınaqlar lazımdır? Bu gün BVF-nin dəstəyi çox vacibdir. Söhbət hazırda 8-10 milyard dollarlıq yardımın alınmasından gedir. Bu, təkcə BVF-nin pulları deyil, bu həm də Dünya Bankı, Avropa Birliyinin kreditləridir. Mən hər gün digər ölkələrin liderləriylə danışıram. BƏƏ, Azərbaycan, Kanada, Almaniya liderləri ilə söhbət aparıram. Yəni bizim çox pulumuz olacaq. Onlar deyirlər ki, biz dəstəkləyirik. Bu, humanitar yardım, ya da Ukraynanın iqtisadiyyatını dəstəkləmək üçün güzəştli kredit pulları olacaq”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.