Siyasət

Fəzail Ağamalı: Səlyan və Neftçalanın bu kəndlərində yeni məktəb tikilməlidir-Təklif

Sharing is caring!

Milli Məclisin bu gün keçirilən plenar yıgıcagına çıxarılan Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatilə bağlı rəy və təkliflərimi lakonik şəkildə MM-sədri xanım Sahibə Qaforovaya ünvanladım:

Hörmətli Sahibə xanım.Müzakirəyə təqdim olunan Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatını tam dəstəkləyirəm və hesab edirəm ki, mükəmməl hazırlanmış hesabat möhtərəm,cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin ifadəsidir.Bu gün ölkəmiz dəhşətli və gözə görünməz düşmənlə qarşı qarşıyadı.Əminəm ki, möhtərəm,cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyilə bu mücadilədən az itki verməklə çıxacağıq.Deputat seçildiyim Salyan rayonunun Xıdırlı kəndinin və Neftçala rayonunun Cəngən inzibati ərazisinin qazlaşmasını,Salyan rayonunun Xələc və Xıdırlı kənd orta məktəblərinin yenidən tikilməsini,Neftçala rayonunun Aşağı Surra tıbb məntəqəsinin əsaslı təmirini,hər iki rayonun kəndlərinin telefonlaşdırılmasını cari ilin investisiya proqramında nəzərə alınmasını Cənab Baş Nazir Əli Əsədovdan xahiş edirəm.Hökumətimimizə ugurlar arzulayıram.

Hörmətlə, Fəzail Agamalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.