Siyasət

Baş Nazir hökumətin 2019-ci il üzrə fəaliyyətini Milli Məclisdə videohesabatla təqdim edəcək

Sharing is caring!

Baş Nazirin Milli Məclisin sabah keçiriləcək plenar iclasında videohesabatı dinləniləcək.

Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, parlamentin aprelin 9-da keçiriləcək iclasında Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətini karantin rejimi ilə əlaqədar videohesabat şəklində təqdim edəcək.

  1. Təvəkküloğlu qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının tələbinə görə Milli Məclisin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilir:“Bu məsələ ilə bağlı bildirmək istəyirik ki, karantin rejimi ilə əlaqədar olaraq Baş Nazir Əli Əsədovun plenar iclasda videohesabatı dinləniləcək. Videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək”.

Yaşı 65-i keçmiş deputatların plenar iclasda iştirakına gəlincə, A. Təvəkküloğlu bildirib ki, onlardan xahiş olunub ki, karantin rejiminin qaydalarına əməl olunsun.

Qeyd edək ki, Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə altı məsələ daxil edilib. Bunlar Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatı, Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanunun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidır (ikinci oxunuş).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir