Siyasət

Əli Əsədovdan işsiz şəxslərlə bağlı MÜHÜM QƏRAR

Sharing is caring!

Nazirlər Kabineti koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında Qərar qəbul edib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən;

1. 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdirilməli;

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.