Mədəniyyət Siyasət

“Evdə qal, evdə yarat!” təşəbbüsünə start verilib

Sharing is caring!

Vətəndaşların evdə qaldıqları müddət boyu vaxtlarını səmərəli keçirmələri məqsədi ilə “Evdə qal, evdə yarat!” adlı təşəbbüsə start verilib.

 Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalı tərəfindən irəli sürülən təşəbbüsdə vətəndaşlar evdə keçirdikləri vaxt ərzində yaradıcılıqlarını işə salaraq dəyərli hədiyyələr qazana bilərlər.

Bunun üçün iştirakçılar “Kreativ Azərbaycan” Facebook səhifəsini izləməli, yaratdıqları işləri #evdəqalevdəyarat haştaqı ilə öz səhifələrində payaşmalı və həmçinin “Kreativ Azərbaycan” “Facebook” səhifəsini taq etməlidirlər.

Aprelin 30-a kimi ən çox bəyənilən (“layk”alan) işlər müxtəlif hədiyyələr qazanacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir