106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürmüş Mehriban Məmmədova Qazax rayonunda anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. İlk fəaliyyətini Az.tv-də teleaparıcı kimi başlayıb.”42-ci Paralel” ictimai-siyasi, elmi-kütləvi jurnalın baş redaktoru, Lider Tv-də “Nə düşünürsən?” verilişinin layihə rəhbəti və aparıcısıdır. Biz jurnalist komandası olaraq ölkə əhalisinin bütün problemlərini və onun həll yollarını bilirik! Prezidentin islahatlar çağırışına uyğun olaraq problemlərin qarşıdakı beş ildə həll olunmasını istəyirsinizsə, bizə – Mehriban Məmmədovaya səs verin! Biz bilirik ki, ölkə əhalisinin sosial müdafiəyə ehtiyacı olan zümrəyə layiqli dövlət qayğısı azdır, əhalinin işsizlik problemi var, bölgələrdə iqtisadiyyat zəif inkişaf edir və s. Bütün bu problemlərin qısa müddətdə həlli üçün dövlətin güclü potensialı var. Sadəcə, bu potensialdan istifadə üçün güclü qanunvericilik bazasına, tələbkar millət vəkili və texnokrat kadrlara ehtiyac var. Xalqın formalaşdıracağı yeni parlament məhz bu tələblərə cavab verməlidir. Ona görə də seçicilərimiz diqqətli olmalı, gələcəyinə səs verməlidir! Sizi Mehriban Məmmədovaya səs verməyə – gələcəyinizə səs verməyə çağırırıq!
Oxşar Xəbərlər
“Nar” tələbə və məzunlara karyera qurmaqda dəsətk olur
“Nar” tələbə və məzunlara karyera qurmaqda dəsətk olur XəbərAl.az xəbər verir ki,hər zaman gənclərə və tələbələrin öz ixtisaslarına uyğun uğurlu karyera qurmalarına dəstək olan “Nar”, Bakı Dövlət Universitetində keçirilən karyera sərgisində iştirak edib. “Karyerada ilk addım” adı altında keçirilən əmək yarmarkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və BDU-nun birgə təşkilatçılığı […]
İranda Səfəvilər dövrünə aid qədim sikkələr tapılıb
İranın hüquq-mühafizə orqanları Qum əyalətində 12 qədim gümüş və mis sikkə aşkar edərək müsadirə ediblər. Məlumata görə, onlardan bəziləri eramızdan əvvəl zərb edilib. Bildirilir ki, Mədəni İrsin Mühafizəsi İdarəsinin bölmələri Əhəmənilər (e.ə. 705-330), Parfiya (e.ə. 246 – 227), Sasanilər (224-651) dövrünə aid 10 qədim gümüş sikkə, eləcə də Səfəvilər dövrünə aid (1501-1736) iki mis sikkə […]
Prezident İlham Əliyevdən İldırım Vəliyev barədə SƏRƏNCAM
Prezident İlham Əliyev İldırım İmran oğlu Vəliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri təyin edilməsi barədə Sərəncam imzalayıb. Bu barədə President.az xəbər verir. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Xeberal.az