Siyasət

Kamil Musavidən Fəzail Ağamalıya qarşı təxribat – VİDEO

 

Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində seçicilərlə görüşdən çıxarkən deputatlığa digər namizəd Kamil Musəvi və onun digər regionlardan gətirdiyi sərxoş və nəşəli şəxslər tərəfindən təxribat törədilib.

Bu haqda Moderator.az -a Fəzail Ağamalı özü məlumat verib.

Aqressiv söyüş və fiziki təzyiqlərlə üzləşən Fəzail Ağamalı yüksək təmkinlik göstərərək tərəfdaşlarının köməkliyi ilə ərazini tərk etmişdir. Fəzail Ağamalının tərəfdarları və minik maşını hücumlara məruz qalmışdır.