Siyasət

Deputatlığa namizəd Fəzail Ağamalının Salyan rayonunun Varlı 1, Varlı 2 və Peyk kəndlərində növbəti görüşü keçirildi-VIDEO+FOTOLAR

Deputatlığa namizəd Fəzail Ağamalının Salyan rayonunun Varlı 1, Varlı 2 və Peyk kəndlərində növbəti görüşü keçirildi. Çoxsaylı secicilərin fəallığı ilə müşayət olunan  görüşdə Fəzail Ağamalının vəkilləri Zaman Əmirov və Emin Bayramov namizədin bioqrafiyası və keçdiyi həyat  yolunun  vacib məqamları üzərində dayandılar.
Fəzail Ağamalı  dövlətçiliyimizin keçdiyi yolun  çətinliklərindən , 90-cı illərin əvvəllərində düşdüyümüz fəlakətli vəziyyətdən və dövlətçiliyimizin məhv olmaq  təhlükəsindən xilas edilməsində  Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri üzərində dayandı.Həmin çətin anlarda bütün xalqımızla bərabər  Ümummilli Liderimizin yaninda olmağından  şərəf duydugunu  və dövlətimizin güçünü, beynəlxalq nüfuzunu   konkret faktlarla önə çəkdi və ölkə prezidenti cənab İlham Əliyevin dövlətçiliyimiz və xalqımız qarşısındakı müstəsna xidmətləri üzərində dayandı.
 Görüşdə seçicilər Fəzail Ağamalının son dörd ildə deputatlıq fəaliyyətini yüksək qiymətləndirib,qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini yüksək əhval-ruhiyyə  ilə ifadə etdilər.Dövlətçiliyimiz və xalqımıza xidmət yolunda ona uğurlar arzuladılar.
Secicilərlə görüşdən sonra Fəzail Ağamalı torğaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəhid Salahov İntiqamın atası Salahov İsrafil  və şəhid Maarif Zeynalabdinovun anası Sürəyya xanımı  ziarət etdi.