Siyasət

Lerik Rayon İcra Başçısının Müavini Cəlil Baxşıyev Və İqbal Məmmədovun Seçki Şousu…Köhnə Kulublar-Foto

Sharing is caring!

Son günlər ölkə mətbuatında Lerik rayonunun İcra başçısının birinci müavini Cəlil Baxşıyev və Lerik seçicilərinin demək olar kı əksəriyyətinin hiddət və qəzəb bəslədikləri İqbal Məmmədovun qanunsuz hərəkətləri barədə yazılar səngimək bilmir. Biz də məsələnin mahiyyətini öyrənmək, məlumatları Lerik əhalisinin dilindən eşitmək üçün Azərbaycanın dilbər güşələrindən olan Lerik rayonuna yollandıq. Yol boyu avtobusda lerik sakinlərinin bir neçəsi ilə söhbətləşdik. Eşitdiklərim həqiqətən məni həddsiz dərəcədə təəccübləndirdi. Dinlədiklərimizin hamısını bir məqalədə yerləşdirmək demək olar ki mümkünsüzdur. Ama əsas diqqətimi çəkən bir neçə məsələni sizlərlə bölüşmək istərdim. Məsələn rayonun Şingədilan kənd sakini bildirir ki, Cəlil Baxşıyev Ölkə başçısının sərəncamı ilə 50 yaşayış məqtəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah yolunun tikintisi və yenidən qurulması üçün Lerik rayon İcra Hakimiyyətinə ayrılan 10 milyon manat vəsaiti mənimsəmişdir. Yolun bir hissəsi bərpa olunsa da, bir ili tamamlanmamış yararsız vəziyyətə düşmüşdür. Hətta icra başçısı Rövşən Bağırov da Cəlil Baxşıyevdən çəkinir. Vəziyyət o həddə çatıb ki, Cəlil Baxşıyev rayonda quruculuq və abadlıq işləri üçün ayrılan vəsaitləri də yaxın adamları arasında bölüşdürür. Digər bir sakinin sözlərinə görə “Cəlil Baxşıyev və İqbal Məmmədovun şəxsi mülkə çevirdikləri rayonda korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı baş alıb gedir. Üstəlik, Cənab prezidentin rayon üçün ayırdığı vəsaitlər də mənimsənilir”. Bunlardan əlavə dövlət idarələrində, müəssisə və təşkilat rəhbərlərindən hər ay pul tələb olunur. Sakinlər bildirirlərki, rayonun Qosməliyan kəndində “9 Qardaş” adlı istirahət mərkəzi, Günəşli kəndinin yaxınlığın da “Dağ çayı” deyilən ərazidə restoran və bir neçə obiyekt, Kələxan kəndində Ərzaq mağazası, və bir çox tikintilər Cəlil Baxşıyevə məxsusdur. Sakinlər yol boyu dayanmadan rayonda baş verən özbaşınalıqlardan, Cəlil Baxşıyev Və İqbal Məmmədovun qanunsuz hərəkətlərindən ürək dolusu danışdılar. Səfər zamanı Kələxan Kəndində gördüklərim isə, məni bir vətəndaş olaraq Hədsiz dərəcədə Hiddətləndirdi. Əziz Azərbaycan xalqı, gördüyünüz bu şəkilə diqqətlə baxın. Bu gördüyünüz xərabəyə bənzər məkan, Lerik Rayon İcra başçısının birinci müavini, Dövlətimizin aparıcı qüvvəsi olan, əsası Ulu Öndərimiz tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının Rayon təşkilat komitəsinin sədri Cəlil Baxşıyevin kəndi, Kələxan kəndindəki mədəniyyət evidir. Hesab edirəm ki, Cəlil Baxşıyev artıq etdiyi əməllərin cəzasız qaldığndan o qədər arxayınlaşmışdır ki, Azərbaycan xalqının Xilasgarı, dövlətimizin memarı, Ulu öndərimizin şəkilinə, Uğrunda yüzlərlə şəhid verdiyimiz Dövlət Bayrağımıza qarşı bu cür etinasız, başdan sovdu, məsuliyyətsiz yanaşır. Bu məkan həm də, keçiriləcək parlamant seçkiləri öncəsində, namizədlərin öz təbliğat və təşviqat kompaniyasını, seçiciləri ilə görüşlərini keçirmək üçün ayrılan yerdir. Burada görüş üçün heç bir yaradılan şəraitdən söhbət gedə bilməz. Fotoya diqqətlə fikir versəz, her yerin tozun-torpağın içində olduğunun şahidi olarsız. Maraqlıdır ki, on ildir Lerik secicilərini milli məclisdə “TƏMSİL” edən, rayon üçün heç bir iş görməyən, adı dövlət əmlakını mənimsəmə, vergidən yayınma məsələlərində hallanan İqbal Məmmədov Kələxan kəndində bu mədəniyyət evində seçicilərlə görüş keçiribmi, əgər keçiribsə, görüş zamanı qohumuna bunları irad tutubmu? Yoxsa İqbal Məmmədovda bu əməllərdə Cəlil Baxşıyevnən həmfikirdir. Məncə urəyində, ruhunda, zərrə qədər vətən, millət, xalq, dövlət və rəhbər təəssübü çəkən şəxs, dövlətinə və rəhbərinə bu cür xəyanət etməz. Buna görədir ki, İqbal Məmmədov görüşlərini, açıq havada, əhalini soyuq hava şəraitində küçədə saxlayaraq keçirdir. On illik fəaliyyətinin nəticəsini Ölkə Rəhbərliyindən gizlədir. Əhali ilə söhbətdə məlum oldu ki, Cəlil Baxşıyev əvvəllər başqa partiyalardan birinin üzvü olmuşdur. Kənd sakinləri iddia edirlər ki, Cəlil Baxşıyev hələdə bu hərəkətləri ilə əvvəlki ağalarına xidmət edirək, onlara öz sədaqətini göstərir. 3 C. Baxşıyevə və hörmətli İqbal müəllimə bildirmək istəyirəm ki, Ulu öndər Heydər Əliyev Azərbaycan adlı dövlətin qurucusu və memarı, müasir Azerbaycan xalqının formalaşmasında əvəzsiz xidmətləri olan Vətən öğludur. Sizin və sizin kimi xəyanətkarların xidmətləri Ulu öndər sevgisini, İlham Əliyev ideyalarını biz vətəndaşların qəlbindən silə bilməz. Düşünmürəm ki, kimsə atasının və yaxud babasının şəkilini belə natəmiz məkanda, bu formada sərgiləsin.Şingədilan Kənd sakinlərinin sözlərinə görə İqbal Məmmədov və Cəlil Baxşıyev 29.01.2020 tarixində kənd sakinləri tərəfindən Şingədilandan qovulmuşdur. Əhalinin narazılıqları ilə qarşılaşan İqbal Məmmədov “ Mənim sizin səsinizə ehtiyacım yoxdu. Mandatım onsuzda cibimdədi” deyərək Cənab Prezidentin apardığı islahatlara, demokratik seçki məvhuma kölgə salmışdır. Əhali artıq bu insanların əlindən təngə gəlmişdir. Düşünürəm ki, bizim güclü, suveren, demokratik təsisatları olan, daim diqqətində vətəndaş məmnunluğu prinsipini saxlayan bu gözəl dövlətimizdə belə insanların təmsil olunmağı, Cənab Prezidentimizin fəaliyyətinə və islahatların gedişatına mənfi təsir göstərəcəkdir. Rayon sakinləri C.Baxşiyev və İ. Məmmədovun qanunsuz hərəkət və hərəkətsizliklərindən ürək yanğısı ilə danışır, Ölkə başçısından və Birinci vitse Prezident Mehriban Əliyevadan onların səsinə səs verməyi, Ulu öndərin siyasi xəttinə xəyanət edən bu şəxsləri cinayət məsuliyyətinə cəlb etməyi xahis edirlər.