Siyasət

Rusiyalıların Gürcüstanda qalma şərtləri sərtləşdirilir? – AÇIQLAMA + VİDEO

Sharing is caring!

Son günlərdə Gürcüstanla Rusiya arasında hava əlaqələrinin açılması məsələsinin gündəmə gəlməsi, qonşu ölkənin parlamenti və prezidenti arasında yenidən fikir ayrılıqlarının yaranmasına səbəb olub.

Belə ki, Gürcüstanın Prezidenti Salome Zurabişvilinin Rusiya ilə hava əlaqələrinin açılmasına qarşı olduğunu bildirsə də, hakim partiyadan olan millət vəkilləri bu fikirdə deyillər.

Gürcüstan parlamentinin birinci vitse-spikeri Georgi Volski S.Zurabişvilinin “Rusiya vətəndaşlarının Gürcüstanda qalma şərtləri sərtləşdirilməlidir” fikrinə münasibət bildirib.

O qeyd edib ki, biz ölkəmizdə olan Rusiya vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək fikrində deyilik:

“Onların ölkəmizdə qalma şərtlərində heç bir dəyişiklik gözlənilmir”.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir