Deputatlığa namizəd Fəzail Ağamalının növbəti görüşü Salyan rayonunun Xıdırlı kəndində keçirildi. Görüşdən öncə Fəzail Ağamalı erməni təcavüzünə qarşı döyüşlərdə şəhid olan igid övladlarımızın məzarlarını ziyarət etdi və onların ruhlarına dualar oxundu. Çoxsaylı seçicilərin fəallığı ilə müşayət olunan görüşdə Fəzail Ağamalının vəkilləri Zaman Əmirov və Emin Bayramov namizədin bioqrafiyası və keçdiyi həyat yolunun vacib məqamları üzərində dayandılar. Fəzail Ağamalı Ulu Öndərimiz Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında tarixi xidmətləri, ölkəmizdə gedən və geniş miqyas alan islahatlar, onların konkret nəticələri ətrafında geniş dayandı və 4 illik deputatlıq fəaliyyətinin vacib məqamlarını diqqətə çatdırdı. Görüşdə çıxış edən kənd ziyalısı Adil Abdullayev, ehtiyyatda olan zabit, Qarabağ döyüşləri veteranı İldırım Babayev, kənd Ağsaqqalları Ağadayı Paşayev, Abdulxaliq Məmmədov və kənd sakinləri Rafiq Süleymanov, Qənbər Qənbərov, Elxan Kərimov Fəzail Ağamalının deputatlıq fəaliyyətini yüksək qiymətləndirərək, qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini söylədilər. Fəzail Ağamalının seçicilərlə görüşləri davam edir.
Oxşar Xəbərlər
Zeynal Nağdəliyev: “Seçki hüququ olan tələbələrin səs verməsi üçün şərait yaradılması vacibdir”
“Seçki hüququ olan tələbələrin səs verməsi üçün şərait yaradılması vacibdir”. Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri ilə birgə müşavirədə deyib. O qeyd edib ki, tələbələr həm öz yaşadıqları ərazidə, həm də təhsil aldıqları müəssisədə səs verə […]
Naxçıvanda avtomobil piyadanı vurub
Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə şəhərin Nağı Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin birləşməsində qeydə alınıb. Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Hədiyyəbanu Baba qızı Babayevanı vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
“Azərbaycan bayrağının yandırılması Ermənistanın öhdəliklərinə münasibətinin göstəricisidir” – RƏY + FOTO
“İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması Ermənistanın beynəlxalq öhdəliklərinə münasibətinin göstəricisidir. Bu fakt bir daha təsdiq edir ki, Ermənistan bir dövlət olaraq nəinki beynəlxalq səviyyəli yarışları təşkil etmək iqtidarında deyil, eyni zamanda? beynəlxalq hüququn tələblərini belə, yerinə yetirə bilmir”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib. […]