Siyasət

“Məqsədim Prezidentə yeniləşmə sahəsində dəstək verməkdir” – Fotolar

78 saylı Lerik seçki dairəsindən namizəd Hüseynov Babək Meyxos oğlu təbliğat-təşviqat kampaniyasını davam etdirir. “Qafqazinfo” xəbər verir ki, deputatlığa namizəd yanvarın 28-də rayonun Çayrud inzibati dairəsinə daxil olan Rvarud kəndinin ağsaqqal və ziyalıları ilə birlikdə Şəhid Abidəsini ziyarət etmiş, abidənin önünə güllər qoyaraq, şəhidlərin ruhu qarşısında baş əymişlər. Daha sonra din xadimi tərəfindən şəhidlərin ruhuna dualar oxunaraq, Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Bundan əlavə, namizəd rayonun Mondigah və Çayrud kənd inzibati dairələrində də, seçiciləri ilə növbəti görüşünü keçirib. Kənd camaatı önündə çıxış edən Hüseynov Babək qeyd edib ki, müasir Azərbaycan xalqının formalaşması, güclü və azad Azərbaycan dövlətinin qurulması, Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz xalqımızın taleyində, onun siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmiş görkəmli dövlət xadimi, dahi şəxsiyyətdir. Daha sonra Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, ölkənin sosial-iqtisadi inkişafının daha da yüksəldiyini qeyd edib.

O, ölkə rəhbərinin şəhid ailələri, müharibə veteranları və əlilləri, məcburi köçkünlərin problemlərinin həlli, minimum əməkhaqqının, tələbələrin və doktorantların təqaüdlərinin artırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı sərəncamları, gənclərin sosial, təhsil, karyera və mədəni inkişaf məsələlərinin həllini təmin etmək məqsədilə gördüyü genişmiqyaslı işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanda islahatlar növbəti və daha mühüm mərhələyə qədəm qoymuşdur. Aparılan bütün bu islahatlar həyata keçirilən siyasətin mərkəzində vətəndaşların yüksək rifah halının təmin olunması olduğunun bariz nümunəsidir. İlham Əliyevin sosial siyasət kursunun uğurla davam etdirilməsində, ən böyük dəstəkçisi Birinci vitse-prezident Mehriban Əliyevadır”- deyə Babək Hüseynov qeyd edib.

Daha sonra Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dost mərkəzlərindən söhbət açaraq, agentliyin yaradılmasında əsas məqsədin dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılması, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə zəmin yaratmaq olduğunu deyərək, qələbə qazanacağı təqdirdə bu mərkəzlərin Lerik rayonunda da fəaliyyətə başlaması məsələsini aidiyyatı qurumlar qarşısında qaldıracağını söyləyib. Daha sonra kənd əhalisi ilə sual-cavab qaydasında davam edən görüşdə Babək Hüseynov platforması haqqında ətraflı məlumat verərək parlamentin əsas fəaliyyət istiqamətlərindən söhbət açıb.

QANUNVERİCİLİK FƏALİYYƏTİ 

1. İslahatların aparıcı qüvvəsi olan Azərbaycan Respublikasının Prezidentinə yeniləşmə sahəsində dəstək vermək.

2. Qanunların qəbul edilməsi prosesinə sosial-iqtisadi islahatların həyata keçirilməsində, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsində fəal iştirak etmək .

3. Qanunların hazırlanmasında sosial cəmiyyət və azad iqtisadiyyat prinsiplərini daim nəzərə almaq. 4. Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesində səmərəli təkliflər və təşəbbüslərlə iştirak etmək.

SEÇİCİLƏRLƏ İŞ SAHƏSİNDƏ

1.Lerik rayon seçiciləri ilə görüşlərin keçirilməsi ilə bağlı illik tədbirlər planına uyğun fəaliyyətin təşkil olunması.

2. Lerik rayonunda və ətraf kəndlərdə seçicilərlə davamlı görüşlərin keçirilməsi məqsədi ilə Lerik rayonunda daimi qərargahın yaradılması. 3. Lerik rayonunda, nümunəvi deputat imicinin yaradılması. 4.Lerik rayon sakinlərindən daxil olan müraciətlərin aidiyyatı üzrə düzgün yönləndirilməsinin və baxılmasının operativ təşkili.

İQTİSADİYYATIN İNKİŞAFI

1. Lerik rayonunun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasında fəal iştirak etmək.

2. Sahibkarlığın, o cümlədən yerli istehsalın inkişafı üçün intensiv işlərin aparılması.

3. Banklar tərəfindən regiona yönələn güzəştli kreditlərin artırılması məqsədi ilə Lerik rayonunun potensial imkanlarının tanıtdırılması üçün layihələrin hazırlanması.

4. Lerik rayonunun potensial imkanlarından istifadə edərək investisiya qoyuluşu ilə bağlı təşviqin aparılması.

5.Azərbaycan Republikasının Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının Lerik rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin sürətlənməsinə dəstək vermək.

AQRAR SEKTORUN İNKİŞAFI

1. Aqrar sektora investisiyaların və güzəştli kreditlərin artırılması məqsədi ilə müvafiq işlərin aparılması.

2. Kənd təsərrüfatı sahələrinin inkişafı məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsində təklif və təşəbbüslə iştirak etmək.

3. Kənd təsərrüfatının inkişafına həlledici təsir göstərən yerli istehsalat müəssisələrinin yaradılması istiqamətində sahibkarlarla görüşlərin təşkil edilməsi.

4. Kəndlərin inkişafı üzrə tədbirlərin müvafiq dövlət proqramlarına daxil edilməsi məqsədi ilə aidiyyatı dövlət orqanları ilə intensiv əməkdaşlığın təmin olunması.

5. Qanunvericilik təşəbbüsündən istifadə edərək kənd təsərrüfatı məhsullarının kəndlidən əlverişli şərtlərlə satınalmasının təşkil edilməsi üçün kəndlilərlə müvafiq dövlət və özəl qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsinə köməklik göstərilməsi.

6. Kənd təsərrüfatında ənənəvi sahələrininkişaf etdirilməsi və yeni layihələrin stimullaşdırılması ilə bağlı təkliflərin hazırlanması.

7. Kəndlərdə toplanan məhsulun şəhər bazarlarına asanlıqla daşınması üçün əlavə tədbirlərin görülməsi və marifləndirmə işlərinin aparılması (nəqliyyat, sığorta və s.)

8.Mövcud kənd təsərrüfatı sahələrinin beynəlxalq təcrübədən yararlanaraq intensiv şəkildə inkişafı ilə bağlı layihələrin tətbiqinə nail olmaq.

9.Kiçik fermerlərin gəlirlərinin artırılması üçün kooperativlərin yaradılması istiqamətində maarifləndirici tərdbirlərin görülməsi. 10.Yerli məhsulların daxili və xarici bazarlarda tanıdılması və ixrac potensialının artırılması ilə bağlı işlərin görülməsi.

11.Aqrar sığorta proqramı ilə bağlı yerlərdə marifləndirmə tədbirlərinin həyata keçirilməsi.

12.Lerik fermerlərinin qış otlaq sahələri ilə bağlıuzun müddət davam problemlərin köklü həll olunması ilə üçün aidiyyatı dövlət orqanları qarşısında məsələ qaldırmaq və həllinə nail olmaq. 13.Lerik rayonunda aqrar sənayenin inkişafı ilə bağlı innovativ layihələrinin tətbiqi sahəsində işlər görmək.

İNFRASTRUKTUR 

1. Mərkəzi yolların çəkilişi ilə yanaşı, həm də yeni kənd yollarının salınması ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırılması.

2. Elektrik enerjisi və qaz təchizatı ilə bağlı problemlərin həllinə köməklik göstərmək məqsədi ilə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması və onun həllinə nail olunması.

3. Su təminatının yaxşılaşdırılması ilə bağlı müvafiq dövlət orqanları qarşısında təkliflərin qaldırılması.

4. Lerik kəndlərinin suvarma suyuna olan ehtiyacını ödəmək məqsədi ilə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması.

5. Ayrı-ayrı kəndlərdə içməli su probleminin həlli məqsədi ilə artezian quyularının qazılması, bəzilərinin bərpa edilməsi və su kəmərlərinin çəkilməsi müvafiq qaydada aidiyyəti dövlət orqanları qarşısındaməsələ qaldırılması.

6. Ehtiyac olan yerlərdə körpülərin salınması üçün təkliflərin müvafiq orqanlara təqdim edilməsi və onların reallaşdırılması.

SOSİAL MƏSƏLƏLƏR 

1. Vətəndaşlar üçün davamlı və sabit gəlir əldə etmək imkanını saxlamaq üçün yeni iş yerlərinin açılmasını təşviq edən işlərin görülməsi.

2. Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət yetirilməsi.

3.Lerikdə əmək yarmarkalarının təşkil edilməsi. 4.Rayon əhalisinin rahat hərəkət etməsi üçün yeni müasiq avtovağzalın tikintisi üçün yerin ayrılması və tikinti üçün müvafiq qurumlar qarşısında məsələ qaldırmaq.

4.Lerik sakinləri üçün aşağıdakı sahələrdə maarifləndirmə tədbirlərinin aparılması.

• Hüquqi yardım sahəsində maarifləndirmə.

• Səhiyyə sahəsində maarifləndirmə.

• Vergi qanunvericiliyi sahəsində maarifləndirmə.

GƏNCLƏR və İDMAN SİYASƏTİ 

1. Gənc ailələr tərəfindən mənzil tikintisi üçün onlara müvafiq torpaq fondunun ayrılması məsələsi ilə bağlı müvafiq işlərin aparılması.

2. İdmançı gənclərə xüsusi diqqət göstərilməsi, idmanın kütləviləşdirilməsi, yeni idman qurğularının qurulması, xüsusilə də şəhər stadionunun tikilməsi ilə bağlı yerli və mərkəzi icra orqanları qarşısında məsələnin qaldırılması.

3. Gənclərin, ilk növbədə isə ali məktəb məzunlarının işlə təmin olunmasına köməklik göstərilməsi.

4. Gənclərin asudə vaxtının səmərəli təşkili və onların ziyanlı vərdişlərdən uzaq tutulması üçün yeni klubların və mərkəzlərin yaradılması.

5.İstedadlı Rayon gənclərinin müvafiq federasiya və qurumlarda tanıdılması ilə bağlı işlərin aparılması.

TƏHSİL SİSTEMİ 

1. Rayonda orta ixtisas və peşə məktəblərinin açılması barədə müvafiq icra orqanları qarşısında məsələ qaldırılması.

2. Rayon ərazisində bir neçə nümunəvi uşaq bağçasının yaradılması təklifinin müvafiq orqanlara təqdim edilməsi

3. İnternet şəbəkəsinin genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadənin dahada inkişaf etdirilməsinə nail olmaq.

4.Təhsil yarmarkalarında Lerikli tələbə və şagirdlərin iştirakının təmin olunmasına dəstək olunması.

SƏHİYYƏ SİSTEMİ

1. Lerik rayon sakinləri üçün özəl tibb müəsisələri ilə müəyyən danışıqlar apararaq, İldə 2 dəfə tibbi müayinələrin keçirilməsinə nail olmaq.

2.Rayon ərazisində tibb məntəqələrinin əsaslı təmiri məsələsinin qaldırılması

MƏDƏNİYYƏT və TURİZM SİSTEMİ 

3. Mədəniyyət obyektlərinin, klubların müasirləşdirilməsi məsələsinin qaldırılması

4. Tarixçilər, etnoqraflar, xüsusilə arxeoloqlar tərəfindən regionda tədqiqatların aparılması, arxeoloji qazıntılar vasitəsilə regionun zəngin tarixi irsinin üzə çıxarılması vasitəsilə Lerik rayonuna olan diqqətin daha da artırılması

5. Lerikin ədəbi – mədəni irsi və digər önəmli istiqamətlərdə kitabların nəşr edilməsinə dəstək göstərilməsi