Siyasət

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi 2019-cu ilə yekun vurub.

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi 2019-cu ilə yekun vurub. Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda Mərkəzin sədri Təranə Məmmədova və kollektiv iştirak ediblər. Əvvəlcə Mərkəzin icraçı direktoru Leyla Rəhimova 2019-cu ilin hesabatını təqdim edib və ötən il ərzində görülən işlərlə bağlı təqdimat edibdir. L.Rəhimova bildirib ki, ötən il Mərkəz bir sıra uğurlara imza atıb və 2020-ci ildə də yeni hədəflərlə Mərkəz öz işini davam etdirəcəkdir. Sonra Mərkəz 2019-cu ildə həyata keçirdiyi layihələrdə uğurla iştirak edən psixoloqlara hədiyyələr təqdim ediblər. Mərkəzin sədri Təranə Məmmədova çıxış edərək təqdim edilən hesabatı yüksək qiymətləndirib və qeyd edib ki, görülən bütün işlər təqdirəlayiqdir. Sonda Təranə Məmmədova Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin 2019-cu il ərzində həyata keçirdiyi layihə və tədbirlərdə fəal iştiraklarına görə Mərkəzin icraçı direktoru Leyla Rəhimovaya və Mərkəzin “Sənədlərlə iş şöbəsi” nin rəhbəri Ləman Ağalarovaya fəxri fərman təqdim edibdir.