Siyasət

Kəmaləddin Heydərova daha bir itki.Hacı Salayevin namizədliyi geri götüzdürüldü.

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Hacı Salayev namizədliyini geri götürüb.

Hacı Salayev 9 fevral VI çağırış növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı qeydə alındığı seçki dairəsinə müraciət edib.

Faktaz.com məsələni dəqiqləşdirmək üçün Hacı Salayevlə əlaqə saxlayıb. O xəbərin həqiqət olduğunu deyib: “Xəbər yayılıb və bu düz xəbərdir. Mən namizədliyimi geri götürmüşəm”.

Hacı Salayev hansı səbəbdən bu addımı atdığı haqda isə danışmaq istəməyib.

Qeyd edək ki, Hacı Salayev 4-cü və 5-ci çağırış Milli Məclisin üzvü olub.