Rumıniyanın qabaqcıl “News24hours” xəbər portalı Azərtac-a istinadla Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüş barədə yazıb.
Məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri, Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin inkişafı, iqtisadi, mədəni, siyasi və digər sahələrdə qazanılan uğurlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ikitərəfli görüşlərin səmərəliyi barədə məlumat verilib. Hər iki dövlətin bu möhkəm əlaqələri dəyərləndiyi qeyd edilən yazıda dünya və regional təşkilatlarda qarşılıqlı dəstəyə diqqət yetirilib.