manset Siyasət

İlham Əliyevin zəngi müharibəni necə bitirdi?

Sharing is caring!

İlham Əliyev 2008-ci ildə Rusiya-Gürcüstan savaşı zamanı Putinə zəng edib deyir ki, atılan bombalar Bakı-Tiflis-Qars kəmərinə zərər vura bilər.

XəbərAl.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Daha sonra 6 dövlət başçısı Gəncəyə gəlir, sonra Tiflisə gedirlər. Bundan sonra Rusiya-Gürcüstan savaşı dayanır”, – deputat bildirib.

Zahid Oruc qeyd edib ki, diplomatik dünyada qlobal proseslər, böyük güc mərkəzlərinin ayrı-ayrı dövlət üzərində maraqları ölkələrin öz milli simalarını dəyişdirir:

“Bəzilərinə elə gəlir ki, dövləti idarə etmək sadə məsələdir. Amma bağlı qapılar arxasında dövlətlərarası münasibətlər necə çözülür? Prezident açıq şəkildə bəyan etdi ki, təsirlər, təzyiqlər və hədələr olub. Dövlət başçısının gücü ondan ibarət olub ki, xalqı köməyə çağırmayıb, öz gücünə bunu tənzimləyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir