Siyasət

Abdullahian: “Biz heç vaxt bir tərəflə münasibətlərimizi digər tərəfin hesabına tənzimləmirik” – VİDEO

Sharing is caring!

“Biz Azərbaycan və Ermənistanı İranın iki qonşusu hesab edirik”.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahian deyib.

O eyni zamanda bildirib: “Biz heç vaxt bir tərəflə münasibətlərimizi digər tərəfin hesabına tənzimləmirik.

Qarşılıqlı maraqlara uyğun olaraq və qonşuluq siyasətini prioritet götürərək bütün qonşularla münasibətlərə üstünlük verilir.

Biz Qafqaz regionunun bütün aktorlarına açıq şəkildə bildirdik ki, regionda baş verəcək hər hansı geosiyasi dəyişiklik İranın ciddi reaksiyası ilə üzləşəcək.

Region dövlətlərinin rəsmiləri bizi əmin ediblər ki, belə bir yanaşma yoxdur”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir