Siyasət

Azərbaycanın HDQ komandanı İtaliyaya səfərə gedib

Sharing is caring!

İtaliya Respublikasının Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendinonun dəvəti ilə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov Venesiya şəhərində keçirilən 13-cü Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak etmək məqsədilə İtaliyaya rəsmi səfər edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 44 ölkənin HDQ komandanları və 18 mühüm dəniz təşkilatarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əsas məqsəd dəniz nəqliyyatında təhlükəsizliyin təmin olunması üzrə müzakirələrin aparılmasıdır.

Beynəlxalq simpozium oktyabrın 7-dək davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir