Siyasət

Sahibkarların NƏZƏRİNƏ: Vahid reyestr və koordinasiya qrupu yaradılacaq

Sharing is caring!

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri aparılacaq.

Xeberal.az-ın məlumatına əsasən, bu barədə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsində bildirilir.

Reyestrdə sahibkarlar haqqında məlumatlar öz əksini tapacaq.

Layihədə o da qeyd olunur ki, Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində koordinasiya qrupu yaradılacaq.

Qrup mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılacaq.

Koordinasiya qrupunun tərkibi, səlahiyyətləri və fəaliyyəti əsasnamə hazırlanması da gözlənilir.

Qeyd edək ki, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunur. 

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir