Siyasət

Özbəkistan prezidenti Azərbaycan diasporunun nümayəndələrini “Dostluq” ordeni ilə təltif etdi – FOTO

Sharing is caring!

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müvafiq sərəncamı ilə yüksək dövlət mükafatına layiq görülən bir qrup tanınmış şəxs arasında Azərbaycan diasporunun fəal nümayəndələri də var.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Xalqlar Dostluğu Günü münasibətilə imzalanan sərəncama əsasən, Respublika Azərbaycan Milli-Mədəni Mərkəzinin idarə heyətinin üzvü Eldar Məmmədov və “Qardaşlıq” Azərbaycan Mədəni Mərkəzinin sədr müavini, Daşkəndin Mirabad rayonunun Temiryolçular məhəllə komitəsinin sədri Mehriban Rəhimova “Dostluq” ordeni ilə təltif olunublar.

Diaspor üzvlərimiz ölkədə millətlərarası harmoniya və dostluğun, müxtəlif xalqların və millətlərin nümayəndələri arasında tolerantlıq, mehribanlıq və qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə, milli mədəniyyətlərin, adət-ənənələrin qorunub saxlanılmasına və inkişafına töhfə verdiklərinə görə bu mükafata layiq görülüblər.

Diasporla İş üzrə Dövlət Komitəsi hər iki diaspor nümayəndəsini bu mükafat münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir