Siyasət

Əli İnsanov hökumətlə razılaşdı – PA-da Ədalət Vəliyevlə görüşdü

Sharing is caring!

Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov bu gün Prezident Administrasiyasına dəvət edilib.

Xəbəral.az xəbər verir ki, bu barədə Ə.İnsanov özü məlumat verib.

O qeyd edib ki,  PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb: “İki saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamları geniş müzakirə etdik. Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə məni təbrik etdi və partiyaya gələcək fəaliyyətində uğurlar arzuladı. Mən dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Prezident, cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim.

Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir