Siyasət

NATO-nun baş katibi: “Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşmasını dəstəkləyirik”

Sharing is caring!

“NATO – Azərbaycan əməkdaşlığının uzun illərə əsaslanan tarixi var. Bizim Prezident İlham Əliyevlə konstruktiv danışıqlarımız oldu”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan – NATO münasibətləri bir çox sahələri – enerji təhlükəsizliyindən tutmuş digər sahələri əhatə edir.

Baş katib Azərbaycanın NATO-nun Əfqanıstandakı fəaliyyətinə dəstəyini də xatırladıb.

Yens Stoltenberq qeyd edib ki, NATO Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasını dəstəkləyir.

“Cənubi Qafqazda sülh və təhlükəsizlik hamımız üçün vacibdir. Biz Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasını dəstəkləyirik”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir