Siyasət

Prezident Administrasiyası Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

Sharing is caring!

Azərbaycan Respublikası Prezidenti Administrasiyası Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Xeberal-in “Azərtac”a istinadən verdiyi xəbərə görə, Prezident Administrasiyasının məlumatında deyilir: “Artıq bir neçə gündür ki, bəzi internet saytlarında və sosial şəbəkələrdə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yanlış və heç bir əsası olmayan məlumatlar yayılır. Bununla əlaqədar bildiririk ki, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Eyni zamanda, həmin Fərmanın 5-ci hissəsində müəyyən edilmişdir ki, Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirir. Qeyd olunanları, yəni, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin indiyədək dövlət qeydiyyatına alınmadığını və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ləğv olunmuş hesab edilmir və öz fəaliyyətini davam etdirir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir