Siyasət

İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi birmənalı şəkildə keçmişdə qaldı”

Sharing is caring!

Azərbaycan Prezidenti Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında növbəti sammitindəki çıxışında bildirib ki, Dağlıq Qarabağdakı münaqişə ilə bağlı söhbətdən artıq yalnız keçmiş zamanda danışıla bilər.

“Vladimir Vladimiroviç Putinin “Dağlıq Qarabağ münaqişəsi barədə keçmiş zamanda danışmalıyıq” fikri ilə tamamilə razıyam. Bu, artıq tarixdir”, – deyə dövlət başçısı qeyd edib.

Prezident Ermənistandakı revanşist qüvvələrə Qarabağla bağlı üçtərəfli bəyanata yenidən baxılması cəhdlərinə görə xəbərdar edib.

Dövlət başçısı Vladimir Putinin Qarabağla bağlı açıqlamasını üçtərəfli razılaşmanın həyata keçirilməsinə mane olmaq istəyən qüvvələr üçün “mühüm siqnal” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir