Siyasət

İlham Əliyev: “Demişdim, Zəfər günü gələcək, o gün gəldi. Eşq olsun Azərbaycan ordusuna!”

Sharing is caring!

“Azadlıq Meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər paradında çıxışı zamanı bildirib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanda keçirilən paradın birində 2016-cu ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətirilmişdi:

“Demişdim ki, gün gələcək, bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq Meydanına gətiriləcək. Bu gün gəldi. Bu tarixi günün şahidi Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

“Öz çıxışımı məşhur kəlamla yekunlaşdırmaq istərdim. Hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il bundan qabaq demişdir ki, Qarabağ Ermənistandır. Mən isə demişdim ki, Qarabağ Azərbaycandır! Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir. Eşq olsun Azərbaycan ordusuna.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu. Yaşasın Azərbaycan əsgəri”, – deyə Prezident qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir