Siyasət

Putinin açıqlaması Azərbaycanın mövqeyinə necə təsir edir? – VİDEO

Sharing is caring!

Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” telekanalına müsahibəsində Azərbaycanın Dağlıq Qarabağdakı haqq savaşından və Türkiyənin mövqeyindən danışıb.

Baku TV xəbər verir ki, Rusiya rəhbəri Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu deyib.

O bildirib ki, beynəlxalq hüquq da Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edir.

Məsələ ilə bağlı Baku TV-yə danışan “Milli Dirçəliş Hərəkatı” partiyasının sədri Fərəc Quliyev bildirib ki, müharibə dövründə Vladimir Putinin mövqeyi bizi qane edən mövqe olub. Putin açıqlamasında onu da qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu münaqişəyə müdaxilə edə bilməzdi. Çünki heç kim Ermənistanın ərazisinə hücum etmirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir