Siyasət

Leyla Abdullayeva XİN rəhbərlərinin Cenevrə görüşündən danışdı: “Bundan sonra…”

Sharing is caring!

“Cenevrə şəhərində Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin görüşündən sonra erməni silahlı qüvvələri Azərbaycanın hərbi birləşmələrini və yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutur”.

milletinsesi.info-ın müxbirinin məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan özünün öhdəliklərinə, eləcə də, beynəlxalq vasitəçilərin əməyinə, səylərinə hörmətsizlik edir:

“Azərbaycan tərəfi 18 oktyabrda birtərəfli şəkildə ermənilərin cəsədlərinin qaytarılmasını təklif edib. Əvvəl Ermənistan bu təklifə razılıq vermədi. Daha sonra isə 28-29 oktyabrda Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiyanın səyləri nəticəsində ermənilərin cəsədləri qarşı tərəfə verilib.

Dünən 85 yaşlı ahıl şəxs Ermənistana təhvil verilib. Düşmən isə 84 yaşlı ahılı geri almaqdan imtina edib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir