Siyasət

Prezident: “Beş rayonun azad edilməsi deyilirdi, artıq onun dördü bizdədir”

Sharing is caring!

“Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır. Ermənistan torpaqlarına girmirik. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızı bərpa edirik. ATƏT-in Minsk qrupunun həmsədrləri bunu etməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Biz Ermənistandan fərqli olaraq, heç kimdən kömək istəmirik. Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq”.

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, biz istədiyimizə nail olacağıq:

“Bəs necə olacaq münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unuda biləcəkmi? Unutmayacaq. Bunu fikirləşsinlər, Azərbaycan xalqı o dövlət deyil ki, kimsə maraqlarını kənara qoya bilər.

Gün gələcək, xahişlərlə, əməkdaşlıq təklifləri ilə gələcəklər. Hansı üzlə bizə baxacaqlar? Bütün imkanları bizə qarşı səfərbər ediblər. Mən bir ay buna dözürdüm.

Yığılmışıq boğaza. Vasitəsi neytral olmalıdır, neytral deyilsə, getsin, öz namizədliyini geri götürsün. Vasitəçi ölkələr yeni funksiya fikirləşsinlər ki, nə ilə məşğul olacaqlar. Beş rayonun azad edilməsi deyilirdi. Artıq onun dördü bizdədir. O məsələ artıq qurtardı. Biz özümüz – Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı çox hissəsi bizdədir. Eyni zamanda, Hadrut da bizdədir”.

İ.Əliyev bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər:

“Etiraz etmirəm, görüşsünlər. 28 il ərzində çox o qədər mənasız görüş olub ki… Görüşlərin mənası olmalıdır. Münaqişənin həllini tezləşdirsin. Ermənistan havadarları, sizə deyirəm, saxta dövləti xilas etmək istəyirsinizsə, deyin, çıxsın. Bir sözlə çıxa bilər. Onlara maliyyə, siyasi, hərbi dəstək verilməsə, Ermənistan ayaq üstdə dura bilərmi? Problemlər içində çabalayan ölkədə haradandır bu qədər pul?!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir