manset Siyasət

Ədalət Vəliyev Tahir Kərimli ilə görüşüb

Sharing is caring!

Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli arasında görüş keçirilib.

Xəbəral.az-ın məlumatına görə, görüşdə Ermənistan tərəfindən dövlət sərhədində törədilmiş təxribatlar, pandemiya ilə mübarizə sahəsində Azərbaycanın ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər, eləcə də korrupsiyaya qarşı davam etdirilən mübarizə, habelə qanunvericiliyin təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin, ölkədə siyasi sistemin inkişafı istiqamətində görülən tədbirlərin davam etdirilməsi, partiyalararası dialoqun daha da genişləndirilməsi, eləcə də siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi, habelə partiyaların Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatlılığının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Sonda siyasi partiyalarla görüşlərin davamlı keçirilməsinin məqsədə müvafiqliyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir