manset Siyasət

Tahir Kərimli: “Prezidentin rəhbərliyi ilə start verilən islahatlar uğurla başa çatacaq”

Sharing is caring!

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə də məlum oldu ki, Azərbaycan dünya ölkələri arasında ən yaxşı iqtisadi göstəricilərdən birinə malikdir”.

Bunu APA-ya açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

  1. Kərimli deyib ki, koronavirus pandemiyasının təsirinə baxmayaraq, bu ilin birinci rübündə Azərbaycanda ümumdaxili məhsul 1,1 faiz artıb. Qeyri-neft sektorunda isə artım 3 faizdən bir qədər çox olub: “Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil ediblər. Bu da çox ciddi nailiyyətdir. Bir məqamı qeyd edib. Hətta ABŞ-da büdcə kəsiri bu il 3,5 trilyon dollar proqnozlaşdırılır. 20 trilyon ÜDM-i olan ABŞ-da bu kəsr kifayət qədər böyük məbləğdir. Bu baxımdan birinci rübdə əldə olunan nəticələr Azərbaycanın böyük uğurudur. Ötən dövr ərzində Azərbaycan yenə sabitlik adası olub. Dövlət başçısı Azərbaycanda sabitliyin təminatçısının xalqımız olduğunu bildirir. Amma mən xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanda sabitliyin ən böyük təmin edicisi məhz Prezident İlham Əliyevdir. Məhz dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət, aparılan islahatlar Azərbaycanda sabitlik və inkişafı təmin edib”.

Millət vəkili qeyd edib ki,  Prezident İlham Əliyev çıxışında 1990-cı illərdə baş verən hadisələrə də toxunub: “1990-cı illərdə hakimiyyət tez-tez dəyişir, milli valyuta devalvasiyaya uğramış, iqtisadi sabitliyimiz pozulmuşdu. İndi isə Azərbaycan güclü dövlətlər sırasında yer alıb. Ötən dövr ərzində Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi də məhz dövlətimizin nüfuzundan xəbər verir. İşğalçı Ermənistan istisna ilə, Azərbaycan bütün qonşu dövlətlərlə də ən yüksək səviyyədə münasibətlər qurub. Azərbaycan hazırda BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir, keçən il qurumun Azərbaycanda toplantısı da keçirilib. Azərbaycanla Avropa İttifaqı arasında strateji əməkdaşlığa dair saziş də hazırlanır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında da Azərbaycana xüsusi ehtiram var. Az əvvəl məhz Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Türk Şurasının videokonfrans şəkilində Zirvə görüşü keçirilib. Bu, koronavirusla mübarizəyə həsr olunmuşdu və beynəlxalq təşkilatların bu formatda görüşü baxımından bir ilkdir”.

  1. Kərimli Prezident İlham Əliyevin müşavirədə qarşıya iki mühüm vəzifə qoyduğunu söyləyib: “Dövlət başçısı qeyd etdi ki, büdcədə sosial sahəyə ayrılan vəsaitlər heç bir halda ixtisar edilməyəcək. Bu da o deməkdir ki, dövlət büdcəsinin 40 faizi toxunulmaz qalacaq, öncədən nəzərdə tutulduğu kimi, sosial xərclərə yönəldiləcək. Eyni zamanda Prezident İlham Əliyev bildirdi ki, zəruri olmayan dövlət xərclərinə yenidən baxılsın. Bununla bağlı hökumət üzvlərinə çox ciddi tapşırıq verilib. Büdcə xərcləri yenidən baxılacaq və yəqin ki, bu məsələ Milli Məclisə çıxarılacaq. Hesab edirik ki, dövlət başçısı haqlıdır və zəruri olmayan istiqamətlərdə xərclərdə müəyyən ixtisarların aparılması mümkündür. Yeri gəlmişkən, bəzən belə fikirlər səslənirdi ki, investisiya xərclərini azaldaraq sosial sahəyə yönəltmək lazımdır. Lakin büdcədə sosial xərclər sabit qaldığı üçün indiki halda büdcə xərclərinin zəruri olmayan qisminin ixtisarı mümkündür”.

Millət vəkili dövlət başçısının müşavirədə Azərbaycan inkişafını qəbul etməyənlərin olduğunu vurğulamasına da diqqət çəkib: “Müşavirədə Azərbaycanın inkişafından kədərlənən, çətinliyə düşəndə isə sevinənlərin olduğuna işarə edilib. Qeyd edim ki, bu yaxınlarda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni seçkilər keçirilib. Dünyada heç bir nüfuzlu beynəlxalq təşkilat və dövlət bu qeyri-qanuni seçkiləri tanımayıb. Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Şurası və digər beynəlxalq təşkilatlar bu qeyri-qanuni seçkiləri tanımayıb. Bununla belə, Prezident İlham Əliyev Avropa Şurası və bu qurumun Parlament Assambleyasının susqunluğuna diqqət çəkib. Bu qurum Azərbaycanın milyonlarla qaçqın və köçkününün üzləşdiyi problemlər qarşısında da susqundur və yenə də susqunluğunu davam etdirir. Bu da Azərbaycana ikili standartlarla yanaşmanın təzahürüdür. Azərbaycanda xırda bir hadisə olanda böyük səs-küy yaradan Avropa Şurası Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qeyri-qanuni seçkilərlə bağlı hər hansı bəyanat verməyib. Bu, Avropa Şurasının Azərbaycana mənfi münasibətini bir daha ortaya qoyur. Mən şəxsən bu münasibətlə əlaqədar Azərbaycanın Avropa Şurasını tərk etməsi məsələsi barədə düşünmüşəm. Avropa Şurası qaçqın və məcburi köçkün problemimizə, müstəqilliyimizə təhdidə göz yumur, demokratiya adı altında ölkəmizə təzyiqlər edir. O demokratiya adı altında həyata keçirilən siyasətin xüsusən ərəb ölkələrində hansı cəhənnəmi yaratdığını yaxşı görürük”.

  1. Kərimli Prezident İlham Əliyevin müşavirədə çıxışında vaxtilə Azərbaycanda hakimiyyəti itirənlərin revanş cəhdlərinə də toxunduğunu qeyd edib: “Onların heç bir gücü yoxdur, sadəcə suyu bulandırmaq istəyirlər. Prezident bu məsələdə çox haqlıdır. Xüsusən koronavirusdan ölənlərin sayının çox olmasını, xəstəliyin ölkəmizdə yayılmasını arzulamaq, uğurları gözü götürməmək çox pis haldır. Dövlət başçısı Azərbaycanda siyasi mühitin heç vaxt indiki kimi yaxşı olmadığını bəyan edib. Həqiqətən Azərbaycan iqtidarının dialoq təklifi məmnuniyyətlə qəbul olunub. İlk dəfə tarixdə müxalifət nümayəndəsi parlament sədrinin müavini seçilib, parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinləri sırasında müxalifət nümayəndələri var. Lakin marginal bir qrup var ki, Azərbaycanda bu həmrəyliyi və sabitliyi, əməkdaşlığı qəbul edə bilmir, müəyyən pozuculuqfəaliyyətlərini davam etdirirlər. Biz də Vəhdət Partiyası olaraq bunu pisləyir, Prezidenti dəstəkləyirik”.
  2. Kərimli bir partiya sədri olaraq Prezident İlham Əliyevin siyasi partiyalar arasında dialoqda xüsusən maraqlı olmasını yüksək qiymətləndirib: “Azərbaycanda demokratiyanın inkişafı, partiyalar arasında dialoq və əməkdaşlıq mühitinin bərqərar olmasını arzulayan və bu istiqamətdə müəyyən mənada proseslərin tezləşməsini istəyən dövlət başçısını təqdir edirəm. Bu, çox doğru çağırışdır. İnanırıq ki, Azərbaycan gələcəkdə tək koronavirus bəlasından qurtulması, yüksək iqtisadi göstəriciləri ilə deyil, həm də gözəl siyasi mühitin olması ilə fərqlənəcək. Əminik ki, Prezidentin rəhbərliyi ilə start verilən islahatlar uğurla başa çatacaq, dostlarımız sevinəcək, düşmənlərimiz kədərlənəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir