Siyasət

Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisində Millət vəkili Fəzail Ağamalının çıxışı

Sharing is caring!

On dördüncü sessiya, 06 mart 2015-ci il

F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən müzakirəmizə çıxarılan bu qanun layihəsinin vacibliyini qeyd edirəm. Düşünürəm ki, bu qanunun müzakirəsi və qəbulu son dərəcə vacib və əhəmiyyətlidir. Vətəndaşlarımızın üzləşmiş olduğu bu və ya digər problemlərin həllində məmur məsuliyyətinin artırılması baxımından bu qanun son dərəcədə ciddi əhəmiyyət kəsb edir. Qanun üzərində kifayət qədər böyük əmək sərf olunubdur. Bu qanun konseptual baxımdan bütün tələblərə cavab verir və birinci oxunuşda biz, şübhəsiz ki, ona səs verəcəyik. Lakin bununla bərabər, hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, bizi düşündürən, narahat edən bəzi məqamları da diqqətinizə çatdırmaq istəyirəm. Heç kimə sirr deyil ki, yerlərdə və ya ayrı-ayrı nazirliklərdə vətəndaşların müraciətlərinə normal münasibət bəslənilmədiyi, bir sıra hallarda əhəmiyyət verilmədiyi üçün insanlar eyni zamanda Milli Məclisin rəhbərliyinə və millət vəkillərinə öz problemləri ilə bağlı müraciətlər edirlər. Bizim bu və ya digər strukturlara etmiş olduğumuz müraciətlərə cavablar isə çox standart cümlələrlə bizə və ya həmin vətəndaşa göndərilir. Konkret olaraq vətəndaşın müraciəti öz həllini tapmır. Ölkə Prezidentinin təşəbbüsü ilə bu gün Azərbaycanda tətbiq olunan praktikaya görə ayrı-ayrı məmurlar rayonlara, şəhərlərə gedir, yerlərdə vətəndaşları qəbul edir, onların problemlərini həll edirlər. Lakin sual olunur, əgər yerli strukturlar öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirsələr, həmin nazirlərin və komitə sədrlərinin o yerlərə getməsinə ehtiyac duyularmı? Axı, bütün nazirlik və komitələrin yerlərdə strukturları var. Mən bu praktikanı yüksək qiymətləndirir və düşünürəm ki, bu vasitədən də istifadə etmək lazımdır. Lakin bunun özündə də çatışmayan cəhətlər var. Ayrı-ayrı nazirlərin, komitə sədrlərinin görüşlərinə çox məhdud sayda, necə deyərlər, müəyyən olunmuş standartlara uyğun olaraq adamlar gəlir və bu tədbirlər, əslində, problemi olan bütün narazı insanları əhatə etmir. Ona görə bunun da təkmilləş-məsinə ehtiyac var və bu cür görüşlər formal keçirilməli deyil. Burada hörmətli millət vəkillərinin söylədikləri ilə mən tamamilə şərikəm ki, bizə gələn müraciətlərin əsasında ayrı-ayrı yüksək səviyyəli məmurlara etmiş olduğumuz müraciətlərə cavab yoxdursa, onun konkret nəticələri yoxdursa, bunun üçün məsuliyyət müəyyən olunmalı və birmənalı şəkildə qanunda öz əksini tapmalıdır. Düşünürəm ki, 16-cı maddə genişləndirilməli və orada müraciətlərə cavab verməyən şəxslərin məsuliyyəti ciddi şəkildə sərtləşdirilməlidir. Nəticə etibarilə mən qanun layihəsinə müsbət münasibətimi ifadə edərək, ona səs verməyi bütün millət vəkillərinə təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

 

Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisində Millət vəkili Fəzail Ağamalının çıxışıOn dördüncü sessiya, 06 mart 2015-ci ilF.Ağamalı. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən müzakirəmizə çıxarılan bu qanun layihəsinin vacibliyini qeyd edirəm. Düşünürəm ki, bu qanunun müzakirəsi və qəbulu son dərəcə vacib və əhəmiyyətlidir. Vətəndaşlarımızın üzləşmiş olduğu bu və ya digər problemlərin həllində məmur məsuliyyətinin artırılması baxımından bu qanun son dərəcədə ciddi əhəmiyyət kəsb edir. Qanun üzərində kifayət qədər böyük əmək sərf olunubdur. Bu qanun konseptual baxımdan bütün tələblərə cavab verir və birinci oxunuşda biz, şübhəsiz ki, ona səs verəcəyik. Lakin bununla bərabər, hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, bizi düşündürən, narahat edən bəzi məqamları da diqqətinizə çatdırmaq istəyirəm. Heç kimə sirr deyil ki, yerlərdə və ya ayrı-ayrı nazirliklərdə vətəndaşların müraciətlərinə normal münasibət bəslənilmədiyi, bir sıra hallarda əhəmiyyət verilmədiyi üçün insanlar eyni zamanda Milli Məclisin rəhbərliyinə və millət vəkillərinə öz problemləri ilə bağlı müraciətlər edirlər. Bizim bu və ya digər strukturlara etmiş olduğumuz müraciətlərə cavablar isə çox standart cümlələrlə bizə və ya həmin vətəndaşa göndərilir. Konkret olaraq vətəndaşın müraciəti öz həllini tapmır.Ölkə Prezidentinin təşəbbüsü ilə bu gün Azərbaycanda tətbiq olunan praktikaya görə ayrı-ayrı məmurlar rayonlara, şəhərlərə gedir, yerlərdə vətəndaşları qəbul edir, onların problemlərini həll edirlər. Lakin sual olunur, əgər yerli strukturlar öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirsələr, həmin nazirlərin və komitə sədrlərinin o yerlərə getməsinə ehtiyac duyularmı? Axı, bütün nazirlik və komitələrin yerlərdə strukturları var.Mən bu praktikanı yüksək qiymətləndirir və düşünürəm ki, bu vasitədən də istifadə etmək lazımdır. Lakin bunun özündə də çatışmayan cəhətlər var. Ayrı-ayrı nazirlərin, komitə sədrlərinin görüşlərinə çox məhdud sayda, necə deyərlər, müəyyən olunmuş standartlara uyğun olaraq adamlar gəlir və bu tədbirlər, əslində, problemi olan bütün narazı insanları əhatə etmir. Ona görə bunun da təkmilləş-məsinə ehtiyac var və bu cür görüşlər formal keçirilməli deyil.Burada hörmətli millət vəkillərinin söylədikləri ilə mən tamamilə şərikəm ki, bizə gələn müraciətlərin əsasında ayrı-ayrı yüksək səviyyəli məmurlara etmiş olduğumuz müraciətlərə cavab yoxdursa, onun konkret nəticələri yoxdursa, bunun üçün məsuliyyət müəyyən olunmalı və birmənalı şəkildə qanunda öz əksini tapmalıdır. Düşünürəm ki, 16-cı maddə genişləndirilməli və orada müraciətlərə cavab verməyən şəxslərin məsuliyyəti ciddi şəkildə sərtləşdirilməlidir. Nəticə etibarilə mən qanun layihəsinə müsbət münasibətimi ifadə edərək, ona səs verməyi bütün millət vəkillərinə təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Gepostet von Fəzail Ağamalı am Montag, 2. März 2020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir