Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov büdcədən maliyyələşən təşkilatların bütün işçilərinə qeyri-qanuni göstəriş verib. Bu barədə sakinlər məlumat verib. Məlumatda bildirilir ki, icra başçısı ütün təşkilatlara, xüsusən də təhsil işçilərinin qeyri-iş günləri işdə olmasını tapşırıb: “Orta məktəblər, kolleclər, hətta uşaq bağçalarındakı bütün işçilər fevralın 8-i və 9-u- şənbə və bazar günləri saat 9:30-dan işdə olmalıdırlar. Bununla bağlı bütün müəssisə rəhbərlərinə icra başçısı tərəfindən tapşırıq verilib. Hətta müdirlərə bildirilib ki, işçilər həmin günlərdə işə gəlmək və getmək vaxtları barədə tabel imzalamalıdırlar. Hazırda bütün müəssisələrin əəkdaşları işdədirlər. Bağçalarda, məktəb və kolleclərdə işçilərdən başqa heç kim yoxdur. Şagirdlər üçün dərs yoxdur, bağçalarda uşaqlar yoxdur, amma müəllimlər, tərbiyəçilər və texniki işçilər hamısı işdədirlər. Hazırda hamıya göstəriş verilir ki, sabah, yəni seçki günü hamı bir nəfər kimi səsvermədə iştirak etməli, deputatlığa namizəd Aydın Mirzəzadəyə səs verməli, səs verdiyi bülletenin şəklini çəkib rəhbərinə təqdim etməlidir. Şənbə və bazar günləri işə gəlməyən və Aydın Mirzəzadəyə səs verməyən işçi kimliyindən asılı olmayaraq işdən qovulacaq. Cənab prezident göstəriş verib ki, işçini 8 saatdan artıq işlədən şəxs məsuliyyətə cəlb olunmalıdır, amma icra başçısı dövlət başçısının bu göstərişinə zidd olaraq işçiləri qeyri-iş günləri işə çağırır”. Məlumata görə, hazırda Mingəçevir şəhərində dövlətdən maliyyələşən bütün qurumların əməkdaşları, hətta xadimə və digər texniki işçilər iş başındadırlar.
Oxşar Xəbərlər
Deputat: “Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsini Azərbaycan çəksin”
“Biz Ermənistana müraciət etməliyik ki, Qərbi Zəngəzurda quru və dəmir yollarını da ölkəmiz çəkməyə hazırdır, o şərtlə ki, bütün məsrəfləri geri almaq üçün rüsum və ödənişlər müəyyən müddətə bizim büdcəyə ödəniləcək”. “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında – Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın […]
Prezident büdcənin tətbiqi barədə fərmanda dəyişiklik edib
Prezident İlham Əliyev “2022-ci il dövlət büdcəsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Dəyişikliyə əsasən, qanuna yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi ilə bağlı bənd əlavə olunub. Bununla bağlı […]
Çimərliyə gedənlərə xəbərdarlıq – VİDEO
Fövqəladə Hallar Nazirliyi çimərliyə gedən şəxslərə xəbərdarlıq edib. Nazirliyinin əməkdaşı Əlibala Əlizadə bildirib ki, son zamanlar havaların istiləşməsi ilə bağlı dənizə gələnlərin sayında artım müşahidə olunub. “Vətəndaşlara xəbərdarlıq etmək istəyirik ki, istirahət zamanı öz təhlükəsizliklərinə diqqət yetirsinlər. Əvvəlcədən gedəcəkləri çimərliklə bağlı məlumatlı olsunlar. Çimərlikdə FHN əməkdaşları tərəfindən təhlükəsizlik tədbirlərinin görülməsi və nəzarət işinin təşkil olunmasına […]