Azərbaycanda ilk dəfə “I LOQOPEDİYA KONFRANSI” keçiriləcək. “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Binəqədi rayon İcra Hakimiyyəti, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi və “Ləzzət” kulinariya evinin dəstəyi ilə Azərbaycanda ilk dəfə Loqopedik və Defektoloji sahə üzrə beynəlxalq konfrans keçiriləcək. Konfransın məqsədi Azərbaycanda Loqopediya və Defektologiya sahəsi üzrə çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bu sahəyə marağı olan şəxslərin nəzəri və praktiki biliklərinin genişləndirilməsi və nitq qüsurları olan insanların müalicəsinə diqqəti artırmaqdan ibarətdir. Konfransda floortime (Uşağın duyu, dil, motor bacarıqlarını dəyərləndirən və uşağın inkişaf səviyyəsini artırmaqda kömək edən yerdə oyun və ya oyunla terapiya adlı vasitədir ), nitq qüsurları, uşaqların erkən inkişaf dövründə yaranan problemləri, onların diaqnostikası və korreksiyası (doğuşdan 3 yaşa qədər), uşaqlarda nitq qüsuru kimi görünən psixoloji narahatlıqlar, dislaliya və onun korreksiyası kimi mövzular üzrə panellər təşkil ediləcək. Qeyd edək ki, konfrans 3 gün davam edəcək. Konfransın açılış mərasimi 29 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətində akt zalında təşkil ediləcək. Qeydiyyat üçün +994559764846 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar Xəbərlər
Almaniyada qaçqın yataqxanasında dava: Azərbaycan vətəndaşı bıçaqlandı
Almaniyada qaçqın yataqxanasında dava olub, Azərbaycan vətəndaşı bıçaqlanıb. Bu barədə “Report”un Avropa bürosunun sorğusuna Bielefeld Şəhər Polis Mərəzinin Mətbuat Xidmətindən bildirilib. Belə ki, hadisə dekabrın 31-də, axşam saatlarında Bielefeldəki sığınacaq axtaranların müvəqqəti məskunlaşdığı yataqxanalardan birində qeydə alınıb. Məlumata görə, İran və Somalidən olan iki şəxsin mübahisəsi əlbəyaxa davaya çevrilib. Bu zaman Somalidən olan şəxs tərəfləri […]
Nabranın dəniz sahil zolağında təmizlik aksiyası keçirildi – FOTO
Ümumdünya dəniz günü ilə əlaqədar Nabran ərazisinin dəniz sahil zolağında təmizlik aksiyası keçirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və yerli icra qurumlarının əməkdaşları, Nabran kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə keçirilən aksiya zamanı üç hektardan artıq sahil zolağı plastik və […]
Eritreyaya buraxılmayan Almaniya XİN rəhbərinin təyyarəsi Səudiyyə Ərəbistanına endi
Almaniyanın xarici işlər naziri Annalena Berbok və nümayəndə heyətini daşıyan təyyarə Eritreyanın hava məkanından istifadəyə icazə ala bilmədiyi üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə eniş edib. Təyyarənin kapitan pilotu “Bütün səylərimizə baxmayaraq, Eritreyadan uçuş icazəsi ala bilmədik”, – deyə bildirib. Qeyd edilib ki, hava məkanından istifadəyə icazə üçün sorğu uçuşdan əvvəl verilib. Lakin icazə hələ alınmasa […]