Siyasət

Siz Mehriban Məmmədovaya səs verməklə işıqlı gələcəyə yol açacaqsınız!

Sharing is caring!

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürmüş Mehriban Məmmədova Qazax rayonunda anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. İlk fəaliyyətini Az.tv-də teleaparıcı kimi başlayıb.”42-ci Paralel” ictimai-siyasi, elmi-kütləvi jurnalın baş redaktoru, Lider Tv-də “Nə düşünürsən?” verilişinin layihə rəhbəti və aparıcısıdır. Biz jurnalist komandası olaraq ölkə əhalisinin bütün problemlərini və onun həll yollarını bilirik! Prezidentin islahatlar çağırışına uyğun olaraq problemlərin qarşıdakı beş ildə həll olunmasını istəyirsinizsə, bizə – Mehriban Məmmədovaya səs verin! Biz bilirik ki, ölkə əhalisinin sosial müdafiəyə ehtiyacı olan zümrəyə layiqli dövlət qayğısı azdır, əhalinin işsizlik problemi var, bölgələrdə iqtisadiyyat zəif inkişaf edir və s. Bütün bu problemlərin qısa müddətdə həlli üçün dövlətin güclü potensialı var. Sadəcə, bu potensialdan istifadə üçün güclü qanunvericilik bazasına, tələbkar millət vəkili və texnokrat kadrlara ehtiyac var. Xalqın formalaşdıracağı yeni parlament məhz bu tələblərə cavab verməlidir. Ona görə də seçicilərimiz diqqətli olmalı, gələcəyinə səs verməlidir! Sizi Mehriban Məmmədovaya səs verməyə – gələcəyinizə səs verməyə çağırırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir