Deputatlığa namizəd Fəzail Ağamalının növbəti görüşü Salyan rayonunun Xıdırlı kəndində keçirildi. Görüşdən öncə Fəzail Ağamalı erməni təcavüzünə qarşı döyüşlərdə şəhid olan igid övladlarımızın məzarlarını ziyarət etdi və onların ruhlarına dualar oxundu. Çoxsaylı seçicilərin fəallığı ilə müşayət olunan görüşdə Fəzail Ağamalının vəkilləri Zaman Əmirov və Emin Bayramov namizədin bioqrafiyası və keçdiyi həyat yolunun vacib məqamları üzərində dayandılar. Fəzail Ağamalı Ulu Öndərimiz Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında tarixi xidmətləri, ölkəmizdə gedən və geniş miqyas alan islahatlar, onların konkret nəticələri ətrafında geniş dayandı və 4 illik deputatlıq fəaliyyətinin vacib məqamlarını diqqətə çatdırdı. Görüşdə çıxış edən kənd ziyalısı Adil Abdullayev, ehtiyyatda olan zabit, Qarabağ döyüşləri veteranı İldırım Babayev, kənd Ağsaqqalları Ağadayı Paşayev, Abdulxaliq Məmmədov və kənd sakinləri Rafiq Süleymanov, Qənbər Qənbərov, Elxan Kərimov Fəzail Ağamalının deputatlıq fəaliyyətini yüksək qiymətləndirərək, qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini söylədilər. Fəzail Ağamalının seçicilərlə görüşləri davam edir.
Oxşar Xəbərlər
İstanbulda iki ailə arasında dava düşdü: Bir-birinə daş və taxta parçaları ilə hücum etdilər – VİDEO
Türkiyənin İstanbul şəhərində iki ailə arasında uzun müddətdir davam edən ədavət nəticədə kütləvi dava ilə bitib. Tərəflər məhəllədə bir-birlərinə daş, taxta parçaları ilə hücum ediblər. İnsident nəticəsində xəsarət alanlar olub. Hadisə yerinə təcili tibbi yardım xidmətinin həkimləri cəlb ediliblər. Mənbə: İHA Xeberal.az
Barselona hava limanında təşviş: Təyyarədə radioaktiv maddələrin sızması baş verib
Barselona hava limanında “Swiss Air” şirkətinə məxsus təyyarənin anbarında olan çantadan radioaktiv maddə ətrafa dağılıb. Təyyarənin ətrafı mühasirəyə alınıb və sərnişinlərdən təyyarədə qalmaları istənilib. Hava limanının terminalına fövqaladə hadisələr üzrə mütəxəssislər cəlb ediliblər. Radioaktiv maddələr içərisində tibbi avadanlıq olan çantadan tökülüb. Mütəxəssislər bütün lazımi yoxlamaları aparıblar və heç bir riskin mövcud olmadığını bildiriblər. Təxmin edilən […]
Küçədə kişinin boynunu kəsib telefonunu aldı
Zaqatalada quldurluq hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, yanvarın 22-də saat 23 radələrində rayonun Çobankol kənd sakini Natiq Əzizov küçədə həmkəndlisi Qurban Qurbanova hücum edib. O, Qurbanovdan mobil telefonunu verməsini tələb edib və silah qismində istifadə etdiyi əşyanın kəsici tərəfi ilə onun boynunu kəsərək üzərindəki 500 manat dəyəri olan “Samsung A32” markalı mobil telefonunu […]