manset Siyasət

Heydər Əliyevi inkar edən heç bir qüvvə, nə hakimiyyətə gələ, nə də vətənə, xalqa xeyir verə bilməz

Sharing is caring!

Xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyev, yeni müstəqil Azərbaycan dövlətinin banisi olmaqla, nəinki Azərbaycan, türk, müsəlman dünyasına, hətta beynəlxalq aləmdə belə, sülhsevər xalqlar dünyasına nur saçan Azərbaycandan doğan bir Günəşdir! O, kompüter sürəti ilə çalışmış, illəri günlərə çevirmiş, xalqımızın bir millət kimi formalaşmasında, dövlətçiliyimizin yenidən qurulub-yaradılmasında, möhkəmləndirilməsində və inkişaf etdirilməsində adi insan təfəkkürünə sığmayan dərəcədə böyük işlər görmüş və xalqımızın XX əsrdən sonrakı taleyini artıq həll etmişdir…

Heydər Əliyev siyasi kursu Azərbaycan dövlət müstəqilliyinin qarantıdır!

Vətənini, xalqını sonsuz məhəbbətlə sevən, – “Vətənə məhəbbət, xalqa məhəbbət mənim qanımdadır, beynimdədir, bütün varlığımdadır. Heç kim, heç nə, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz” – deyən, fitri istedada malik dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevi sevməmək, onu inkar etmək vətənə xəyanətdən başqa bir şey deyildir.

Vətən eşqi ilə döyünən ürək,

Vətən naminə də qorunsun gərək!

Elə ürəkləri qorumayan kəs,

O özü xalqına düşməndir demək!

Təsadüfi deyildir ki, “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” deyən, vətənpərvərliyi ilə xalqın rəğbətini qazanan, böyük Xalq şairi Məmməd Araz, heç kimin haqqında demədiyi, yazmadığı yüksək fikri Ulu Öndər Heydər Əliyev haqqında demiş və bunu 1994-cü il 4 oktyabr dövlət çevrilişinə cəhd zamanı yazdığı “Bir gecənin əks-sədası” manifestində vətənpərvərcəsinə, böyük iftixar hissi ilə xalqa belə çatdırmışdır:

“O gecə hamının yadındadır: Təşviş dolu, zəlzələ qorxulu gecə!

Prezident Heydər Əliyev respublika radiosu və televiziyası ilə birbaşa xalqa müraciət etdi. Xalq dərin həyəcan içində idi… İkinci müraciətdən sonra artıq bütün xalq ayaq üstə idi! Prezidentin müdrikliyi onda idi ki, o özünü itirmədi, gecikmədi!

Xalqın sərvaxtlığı onda idi ki, O, qəfildən ayağa qalxdı və çevikliyini saxladı. Yoxsa Azərbaycan dövləti, milli müstəqilliyimiz, gələcəyimiz darmadağın ola bilərdi!.. Torpaqlarımızın dizi biryolluq qatlana bilərdi!..

…O gecə Gəncənin, Bakının, eləcə də Azərbaycanın yer üzündə son gecəsi ola bilərdi, əgər xalqımız həmin gecə dərin uçurum qarşısında dayandığını vaxtında görməsəydi, duymasaydı… Hamının qənaəti belə idi. O gecə əbədi gecəyə tuş olmaq bəlasından qurtardı bizi! Nə yaxşı ki, o məqamda zəkamızı itirmədik. Nə yaxşı ki, o məqamda Prezindentin əlində olan qalibiyyət bayrağını xalqımız unutmadı. Xalq sübut elədi ki, yeri gələndə, o, birləşib bir olmağı bacarır!..”.

Bəli, Azərbaycan tarixində yeganə haldır ki, öz xalqının və respublikasının varlığına çevrilmiş Ulu Öndər Heydər Əliyev və Onun siyasi kursunu davam etdirən cənab İlham Əliyev, heç bir xarici müdaxilə olmadan, öz xalqının tələbi və iradəsi ilə prezident seçilmişlər.

Xoşbəxt o xalqdır ki, öz liderini özünə prezident seçir. Xarici qüvvələrin dalğasında hakimiyyətə gələn, hər kim olursa-olsun, müstəqil söz sahibi ola bilməz və bir marionetka kimi dövlətinin milli maraqlarını qoruya bilməz. Elələri dövləti müstəmləkəyə, xalqı isə köləliyə aparıb çıxarar.

Xalq öz layiqli liderini seçməklə, həm də beynəlxalq aləmdə özünü təsdiq etmiş olur. Məşhur filosof Q.Qrant yazırdı: “Əgər iş keyfiyyətlərinə görə özünüzdən aşağı adamları işə götürürsünüzsə, onlardan da aşağı olduğunuzu sübut etmiş olursunuz”.

Seçilən rəhbərə baxıb, onu seçən xalqa qiymət verirlər. Hər bir xalqı onun liderinə görə tanıyırlar. Məhz ona görə də, əks-qüvvələr həmişə düşmənçilik etdikləri ölkələrin xalqlarına, onların milli maraqlarını qoruya biləcək layiqli liderlərini prezident seçməyə imkan vermirlər. Çalışırlar ki, özlərinin əlaltılarını o xalqa bir lider kimi sırısınlar və onların əli ilə dövləti istədikləri kimi idarə edərək istismar etsinlər. Bir milləti məhv etmək üçün, əvvəl onun liderini gözdən salır, sonra başsız qalmış xalqı pərakəndə halında məhv edirlər. Elə bu səbəbdəndir ki, düşmən qüvvələr vaxtilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməməsinə çalışmış və bu gün də, onun kursunu davam etdirən və dünya siyasət korifeylərinin hesablaşdığı Möhtərəm Prezident İlham Əliyevə qarşı çıxır, hər vasitə ilə Ona mane olmağa çalışırlar…

Ona görə ki, dünyanın heç bir ölkəsində belə bir əmin-amanlıq, təhlükəsiz, dinc yaşayış və həyat tərzi təmin edilməmişdir. Azərbaycan xalqı əmin-amanlıq içində yaşayır. Ölkəmizə gələn bütün turistlər, qonaqlar Bakının gözəlliyinə və müasir abadlığına heyran olurlar. Gecə səhərə kimi dənizkənarı parkda gəzir, əyləncə mərkəzlərində istirahət edir, əylənir və heç bir şeydən şikayət etmirlər. Çünki onlar, qonaqpərvərlik və mehribançılıqdan başqa heç bir təhlükə ilə üzləşmirlər.

Azərbaycanda bütün millətlər mehribançılıq, dostluq və sülh şəraitində yaşayırlar. Azərbaycan beynəlmiləl, tolerant bir ölkə kimi dünya dövlətlərinə bir nümunədir.

Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan müharibə şəraitində ola-ola, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmuş və bütün dünyanın əfsanə adlandırdığı “Bakı-Tbilisi-Ceyhan neft kəməri”ni reallığa çevirərək, dövlət müstəqilliyimizin təməlini qoymuşdur. Hansı ki, belə bir şəraitdə heç bir ölkə Azərbaycana sərmayə qoymaz, müqavilə bağlamazdı. Bunu, düşmən qüvvələrin qucağında sığınacaq tapan və özlərini “vətənpərvər” kimi gənclərə təqdim edənlərdən fərqli olaraq, yaxşı dərk edən düşmənlərimiz, təşvişə düşür və müstəqilliyimizin əbədiliyini sarsıtmaq üçün hər cür vasitəyə əl atırlar.

Məşhur Çin sərkərdəsi və filosofu Sun Tsızının təlimatı üzrə hərəkət edirlər. Belə ki, yıxmaq istədikləri düşmən dövlətin, təlimatda deyildiyi kimi, ən alçaq və murdar insanları ilə əməkdaşlıq edirlər. Onların əli ilə hökumətin fəaliyyətinə hər vasitə ilə mane olmağa çalışır, ölkədə hər nə yaxşı varsa, pis qələmə verir, millətin görkəmli nümayəndələrini hörmətdən salmaq üçün cinayətdə suçlamağa və lazım olan məqamda ictimaiyyət qarşısında rüsvay etməyə çalışırlar. Xüsusi xidmət orqanları tərəfindən idarə olunur və müvafiq təlimatlar üzrə fəaliyyət göstərirlər.

Məşhur Çin sərkərdəsi və filosofu Sun Tsızının təlimatı: “Sizə düşmən olan ölkədə yaxşı nə varsa hamısını məhv edin, düşməninizin görkəmli nümayəndələrini cinayət aləminə cəlb edin. Onları hörmətdən, nüfuzdan salın, lazım olan məqamda ictimaiyyət qarşısında rüsvay edin. Bu işdə, məhz ən alçaq və murdar insanların əməkdaşlığından istifadə edin. Düşmən ölkənin vətəndaşları arasında mübahisə və toqquşmaları qızışdırın. Gəncləri qocaların əleyhinə qaldırın. Hökumətin fəaliyyətinə bütün vasitələrlə mane olun…

Əlbir olanların və məlumatların satın alınması üçün edilən təkliflərə və hədiyyələrə çəkiləcək xərclərə əliaçıq olun. Ümumiyyətlə, bu yolda nə pula, nə də verəcəyiniz vədlərə qənaət etməyin, belə ki, onlardan böyük gəlir götürəcəksiniz”.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təsisçisi və birinci direktoru Allen Dallesin dediklərindən: “Orada (düşmən dövlətdə) xaos yaratmaqla, biz hiss olunmadan onların dəyərlərini saxta dəyərlərlə dəyişərik və onları bu saxta dəyərlərə inanmağa məcbur edərik. Necə? Biz öz həmfikirlərimizi taparıq… Düşmən dövlətin özündə müttəfiqlərimizi və köməkçilərimizi taparıq. Bunlar get-gedə xalqın özünü dərk etməsinin, qavramasının geridönməz olaraq birdəfəlik sönməsinə, çox böyük miqyasda ölüm faciəsinə gətirib çıxaracaqdır.

Biz seksə, zorakılığa, sadizmə, satqınlığa pərəstişi – bir sözlə, hər hansı mənəviyyatsızlıq toxumu səpməyə hazır olan, necə deyərlər (belə demək mümkündürsə), rəssamları qaldıracaq və hərtərəfli dəstəkləyəcəyik. Dövlətin idarə olunmasında biz xaos və qarışıqlıq yaradacağıq…

Məmurların axmaqlığına, rüşvətxorluğuna, prinsipsizliyinə biz, hiss olunmadan, lakin aktiv surətdə kömək edəcəyik. Bürokratizm və süründürməçilik yaxşı işə dönəcək…

Saflıq və düzlük keçmişin qalıqlarına dönəcək, gülüş doğuracaq, lağa qoyulacaqdır. Həyasızlıq və sırtıqlıq, yalan və aldatma, sərxoşluq və narkomanlıq, bir-biri qarşısında heyvani qorxu və abırsızlıq, satqınlıq, millətçilik və xalqların düşmənçiliyi – bütün bunları biz cəldliklə və hiss olunmadan yetişdirəcəyik, bütün bunlar məxməri rəngdə çiçək açacaqdır…”.

Şərhə ehtiyac yoxdur. Çünki bu təlimatları oxuduqca, daxildə və xaricdə “canfəşanlıq” edən radikalların bütün çıxışları göz qabağında canlanır, sanki nöqtə və vergülünə qədər o təlimatdakı göstərişləri icra edirlər və heç şübhə etmirsən ki, ayrı-ayrı kanallarda çıxış eləsələr də, bu radikalların hamısı bir mərkəzdən idarə olunurlar.

İndi sual olunur, onlara müxalifət demək olarmı? Əlbəttə, yox! Onlar Vətən deyəndə öz sığınacaq tapdıqları yeri, xalq deyəndə qarınlarını düşünürlər. Şəxsi mənafe və düşmənçilikləri ucbatından düşmənlərin əlində alətə dönüblər. Axı, onların hansı biri Dağlıq Qarabağ vuruşmasında iştirak edib? Xalqı 20 Yanvar qırğınına verəndə, onlar özləri harada idilər? Niyə onlardan heç birinin burnu da belə qanamamışdı. Əlbəttə, indi sığınacaq tapdıqları ağalarının tapşırıqları ilə hərəkət edirdilər. İndi isə efirdə ajiotaj yaratmaqla dünya ictimaiyyətini aldadır, daxildə onlardan xəbərsiz olan gəncləri çaşdırmağa çalışır, xalqın adından çıxış edirlər. Hakimiyyətdə olub xalqı səfalət içində qoyub qaçanlar hansı müxalifətçilikdən danışa bilərlər?
Lakin onu qeyd etmək istəyirəm ki, sağlam müxalifətin olması hər bir dövlət üçün vacibdir və demokratikliyinin göstəricisidir. Müxalifət dövlətə düşmən kəsilmək demək deyil. Düşmən kəsilirsə, demək, müxalifət deyil.

Ancaq təəssüflər olsun ki, bizdə, belə “müxalifətçilər”, “radikallar”, “özünü siyasi mühacir hesab edən radikal ünsürlər” vardır ki, xaricdəki və daxildəki cəbhədaşları ilə birləşib özlərini xalq adlandırırlar. Öz məqsədli narazılıqlarını xalqın narazılığı kimi qələmə verirlər. Lakin onlar yuxarıda qeyd olunan təlimatlar üzrə fəaliyyət göstərir, müxalifət adını mənimsəmək üçün, ölkə başçısına, dövlət rəmzlərinə, hökumət məmurlarına qarşı qərəzli hücumlar edir, təhqirlər yağdırır, internetdə özlərini, narazı qrupların qəhrəmanına çevirmək istəyirlər. Təəssüflər olsun ki, bu adamlar xarici xüsusi xidmət orqanlarının məxfi əlaltılarına çevrilməklə, Vətənə xəyanət etdiklərinin ya fərqində deyillər, ya da artıq bunu qəbul ediblər!

Bu gün qrant girovuna çevrilənlər, Azərbaycan əleyhinə fəaliyyət göstərən Arif və Leyla Yunusları beynəlxalq aləmdə müdafiə edirlər. Hansılar ki, erməni fondları, Marşal fondu, Soros fondu və s. kimi donorlar vasitəsi ilə xarici dillərdə anti-Azərbaycan təbliğatı aparırlar. Onlar “cəmiyyətin fikri” adı altında, sosial şəbəkə yaradaraq, öz çirkin niyyətlərini həyata keçirirlər. Elə bu ilin əvvəlində (2019) Avropa Parlamentinin binasında “Ermənifobiya: tarix və bu günün yenidən aktuallaşan məsələsi” -mövzusunda tədbir keçirilmişdir. Tədbirin məqsədi guya ermənilərin azərbaycanlılar tərəfindən sıxışdırılması və əzilməsi fikrini aşılamaq olmuşdur. Bu tədbirdə ermənilər yalan və iftiralarına dünya ictimaiyyətini inandırmaq üçün, məhz Leyla Yunusun “Azərbaycanda on yaşında uşaqlar, xristianların Azərbaycanın düşməni və ermənilərin isə, qara geyimli inancsız insanlar olduğuna inanmağa təhrik edilirlər” – dediyi bu fikirlərindən sitat gətirmişlər. Baxın, bunu erməni əsilli Leyla Yunus deyir. Heç ermənipərəst ekspertlər də bu dərəcədə onun qədər israrlı deyillər.

Beləliklə də, Avropada ermənilərə bayraqdarlıq edən erməni əsilli leyla yunusları müdafiə edənlərə nə ad vermək olar? Əlbəttə, onların vətən, xalq haqqında danışmaları – “mübarizə aparmalar” absurddur.

Fəaliyyətlərində şəxsiyyət əleyhinə iftiralara yer verən insanın haqq, ədalət uğrunda “mübarizə” aparması riyakarlıqdır. Hər bir səhvi bağışlamaq olar, vətənə xəyanəti, əsla!

Çox maraqlıdır, böyük şəxsiyyət Heydər Əliyev kimi xilaskarımızı düşmənlər görür, onu ləkələməyə çalışır, bu “vətənpərvər”lər də onlara kömək edirlər.

Lakin öz ədalətliliyi ilə düşmənləri də heyrətə gətirən, xalqın xilaskarı Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə, ermənilərin kürkünə od düşmüşdü. Onların prezidenti Ter-Petrosyan xalqa elan etmişdi ki, “Dağlıq Qarabağ haqqında bütün söhbətləri dayandırın. Gördüyünüz bütün işlər heç bir nəticə verməyəcək. Çünki Heydər Əliyev artıq hakimiyyətə gəlmişdir”.

Doğrudan da, Ulu Öndər Heydər Əliyev uzaqgörən və müdrik siyasətilə Dağlıq Qarabağ probleminin həllində Ter-Petrosyana yalnız bir çıxış yolu qoymuşdu; o, “hə” deməli idi. Bildiyiniz kimi, ermənilər və onların havadarları bu vəziyyətdən çıxış yolunu Ter-Petrosyanın istefasında gördülər və buna da müxalifətin əli ilə nail oldular…

Görürsünüzmü, Ermənistan dövlətinin beynəlxalq aləmdəki nüfuzuna xələl gəlməsin və diplomatik münasibətləri pozulmasın deyə, dövlət başçısı deyəcəyi sözü müxalifətin dili ilə dedi. Milli mənafe naminə müxalifəti də, iqtidarı da bir nöqtəyə vurdular.

Bütün beynəlxalq aləmdə hamıya məlumdur ki, ermənilər Dağlıq Qarabağ probleminin həlli məqamlarında ya görüşü pozurlar, ya istefa verirlər, ya da təsəvvürə gəlməyən hiylələrə əl atırlar. Lakin ermənilərin hiyləsini əvvəlcədən duyan müdrik prezident Ulu Öndər Heydər Əliyev Dağlıq Qarabağ probleminin həllini Ermənistan Respublikasının parlamenti səviyyəsində gündəmə gətirtdirir. Artıq Dağlıq Qarabağ problemi parlamentdə öz həllini tapmalı idi. Lakin burada da Dağlıq Qarabağ probleminin həll olunacağını yəqin edən ermənilər və onların havadarları, dövlət səviyyəsində analoqu olmayan bir terrora əl atdılar. Dağlıq Qarabağ probleminin həllinə yekun qərar verəsi olan səlahiyyətli deputatları, spikerləri başda olmaqla, elə oradaca – parlamentin iclasında güllələdilər!

Beləliklə, yenə də Dağlıq Qarabağ probleminin ədalətli həllinə terrorla imkan vermədilər. Görün, bu ədalətsiz dünyada ədalətsiz ermənilərin nə qədər müdafiəçiləri vardır. Bu, çox şeydən xəbər verir. Belə ki, bu, adi terror deyildi. Buna başqa prizmadan yanaşsaq, görərik ki, bu, Ulu Öndər Heydər Əliyev siyasətinin məğlubedilməzliyinin dünya miqyasındakı möhtəşəm təntənəsi idi. Bəli, bu, Heydər Əliyev siyasi fövqəlgücü, qüdrəti qarşısında məğlub olan, çıxış yolunu yalnız özlərinin intiharında görən düşmənlərin böyük faciəsi idi.

Buradan belə bir nəticə çıxarmaq olar ki, vətəni və xalqı yolunda mübarizədə ermənilərin, nəinki müxalifəti, hətta onların cinayətkar aləmi də bizə qarşı birləşir, bir olurlar və ölümə birgə gedirlər. Daxildə bir-birini didib-yesələr də, bir-biri ilə düşmənçilik etsələr də, xaricdə dostdurlar. Həqiqətdə isə, dünya xalqları onları sevmədikləri kimi, onlar özləri də bir-birini sevmirlər. Onlar öz hiss və məramlarını gizlədən rəzil bir tayfa olaraq, hiyləgər və qorxaqdırlar. Necə ki, erməni şairi Yeğişe Çarens yazır: “Bizdə” (ermənilərdə) riyakarlıq ana bətnində olarkən yaranır”.

Erməni tarixinin atası sayılan Movses Xorenatsi hələ V əsrdə öz qəbilədaşları haqqında yazırdı: “Mən ermənilərin daşürəkliliyini və yekəxanalığını göstərmək istəyirəm, onlar həqiqəti inkar etməyi xoşlayan, böyük-böyük danışmağı sevən ikiüzlü, yaltaq və riyakardırlar”.

Ermənilər özləri haqda, hələ qədim zamanlardan pis fikirlər yaradıblar. Yəqin ki, bu, əsassız deyil. Elə olmasaydı, dünya xalqları ayrı-ayrı zamanlarda eyni fikirdə olmazdılar.

Andı pozma, namərdlik, xəyanət, hərislik, satqınlıq, ikiüzlülük, qorxaqlıq, yaltaqlıq bu qəbilənin milli xüsusiyyətlərindəndir. Hiyləgərlikləri olduqca murdar, riyakarlıqları olduqca dözülməz, yaxşılıq qarşısında əclaflıqları təəssüf doğurucudur.

Bunlar, dünya şöhrətli tarixi şəxsiyyətlərin, mütəfəkkirlərin və filosofların fikirlərində də öz təsdiqini tapır. Məsələn, Karl Marks, Fridrix Engels, Əmir Teymur, Aleksandr Düma, Qriboyedov, Puşkin, Mayakovski və b. kimi tarixi şəxsiyyətlərin fikirlərini bunlara misal göstərmək olar.

Onlar tamahkar və acgözdürlər. İstənilən bir cəfəngiyyatı böyütməkdə mahirdirlər. Abırsız dərəcədə intriqa sevən, əclaf və zəlil tayfadırlar. Lakin utanmaq nədir bilməyən bu ermənilər, dünya xalqlarının gözlərində özlərini həmişə sivil, mədəni, yaxşı bir millət obrazı yaratmağa çalışır və çox vaxt da bu maskanı geyməyi məharətlə bacarırlar. Lakin bütün bunlara baxmayaraq, keçmişdə və bu gündə də dünya xalqlarının nifrətini qazanan ermənilərdən, beynəlxalq siyasi qurumlar öz mənafeləri naminə istifadə etmək üçün onların bu yalanlarını üzlərinə vurmurlar. Necə deyərlər, münasibəti saxlamaq üçün yalan danışanın yalanının üstünü açmazlar.

Lakin təəssüflər olsun ki, öz qədim tarixi və milli mənəvi dəyərləri ilə dünya xalqları arasında böyük nüfuz və rəğbət qazanmış Azərbaycan xalqının adını daşıyan belə ünsürlər isə tarixdə insanlıqları və qəhrəmanlıqları ilə ad qoyub getmiş ulu babalarımızın ruhlarına hörmətsizlik edir, millətin düşmənlər tərəfindən aşağılanmasına öz simalarında şərait yaradırlar. Özlərini xalqa vətənpərvər kimi təqdim edən belə “vətənpərvər”lər, hələ bir Azərbaycan bayrağını da peysərlərinin arxasına qoyub, utanmadan efirə çıxır, beynəlxalq aləmdə milləti aşağılamaq üçün hər cür şər-böhtana əl atırlar. Xocalı soyqırımı ilə əlaqədar ermənilərin törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün erməni səfirliklərinin qarşısında piketlər keçirmək əvəzinə, Azərbaycanın xaricdəki səfirliklərinin qarşısında piketlər keçirir, xidmətində olduğu düşmənlərimizə belə özlərini güldürürlər.

Çünki onlar şəxsi maraqlarından çıxış edir, şəxsi ədavət zəminində “düşmənimin düşməni mənim dostumdur” düşüncəsi ilə, Azərbaycanla düşmənçilik edən dövlət və qurumların əlindən öpüb, onlara biət edirlər. Beləliklə, Azərbaycana düşmənçilik edənlərin hesabına maliyyə vəziyyətlərini yaxşılaşdırırlar. Elə deyilsə, bəs, hansı vəsait hesabına onlar xaricdə oturum əldə edir, sığınacaq tapır, müddətsiz yaşayırlar. Öz vətənlərində guya iş tapa və dolana bilmədiklərini dünyaya car çəkən bu “yazıqlar”, nəyin hesabına xaricdə özlərinə şərait yaradır, uşaqlarını oxudur, studiyalar açır, “əməkdaşlar” işə cəlb edir, maliyyə tələb edən bu qədər nanəcib işlər görə bilirlər…

Əlbəttə, belə bir “vətənpərvərliklə” biz, heç vaxt riyakar erməni lobbisinin yalanlarını ifşa edə bilmərik. Saxtakarlıqları və hiyləgərlikləri ilə dünyada məşhur olan erməni fırıldaqçılarına qalib gəlmək üçün, hər şeydən əvvəl, biz gərək, özümüz-özümüzə qalib gələk! İçimizdəki həsəd və paxıllığı, kin-küdurəti çıxarıb düşmənlərə qarşı yönəldək. Şəxsi mənafedən yox, ümumxalq mənafeyindən çıxış edək. Beynəlxalq aləmdə ümummilli birlik yaradaq. Bu birliyin yox dərəcəsində olduğunu görən Ulu Öndər Heydər Əliyev, böyük uzaqgörənliklə, Azərbaycanın dövlət strukturunda heç bir dövlətdə olmayan bir qurum – Diasporla İş üzrə Dövlət Komitəsi yaratdı. O məqsədlə ki, tarixlər boyu Azərbaycan həqiqətlərini təhrif edən, saxtalaşdıran və özünküləşdirən erməni diasporasının bu çirkin əməllərinin qarşısını ala biləcək güclü bir təşkilatımız olsun. Lakin təəssüflər olsun ki, biz hələ də lazım olan nəticəni görmürük. Çünki bəzi diasporalarımız Azərbaycan həqiqətlərini dünyaya yaymaq əvəzinə, “sənin-mənim” edərək, bir-biriləri ilə çəkişirlər.

Bütün bunların kökündə bir şey dayanır – biz təkəbbürlüyük. Özümüzdən ağıllısını sevmirik. Onları Balaş kimi təndirdə gizlədib, üstündə otururuq. Özümüzdən ağıllısı ilə sağlam rəqabət aparıb inkişaf etmək, onu ötmək əvəzinə, əksinə, onu yıxıb qabağa keçmək istəyirik. İddiamızla bacarığımız tərs mütənasibdir… Tamah ucbatından nəfsimizə qul olub bacarmadığımız işdən yapışır və nəticə etibarı ilə vətəni və xalqı geri çəkirik. Düşmənlər isə bu zəifliyimizdən məharətlə istifadə edirlər.

Ona görə də, Vətənini, xalqını sevən hər kəs, bacardığı işdən yapışar!

Makedoniyalı İsgəndərə dedilər: “Sən necə elədin ki, belə şöhrətə və hörmətə layiq oldin?” Dedi ki, “Kimi özümdən ağıllı və yüksəkdə gördüm, ona tabe oldum. Kimi özümlə bərabər gördüm, onunla səmimi və təvazökar oldum. Kimi özümdən aşağı gördüm, ona dayaq oldum, onunla nəzakətlə davrandım”.

Bütün bu hisslərdən uzaq olan ey düşmən qucağında özünə sığınacaq tapan “vətənpərvərlər”, siz nə vaxta qədər burnunuzdan qabağı görməyəcəksiniz? Şəxsi mənafedən ötrü düşmənə sizi xilas edəndən şikayət edəcəksiniz?! Dosta düşmən, düşmənə dost deyəcəksiniz?! Nə vaxta qədər BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla əlaqədar çıxardığı 4 qətnamənin icra olunmamasına göz yuman ədalətsiz beynəlxalq birliklərdən haqq-ədalət, köməyuman ədalətsiz beynəlxalq birliklərdən haqq-ədalət, kömə Liderə, xalqını işıqlı gələcəyə aparan dövlət başçısına qarşı düşmənçilik edəcəksiniz?! Nə vaxta qədər kölgəsinə sığındığınız, üstündə oturduğunuz budağı kəsəcəksiniz?! Qarşınızdakı düşmənə arxa çevirib özümüzə düşmən gözü ilə baxacaqsınız? Nə vaxta qədər?!

Bəs, bu iki əsrlik bir zaman kəsimində, təkrar-təkrar başımıza gətirilən bəlalardan, müsibətlərdən ibrət dərsi almasanız, nəticə çıxarmasanız, ayılmasanız onda, bizə qarşı dünya gücləri ilə birləşən erməni faşizminə qarşı necə qalib gələcəyik?! Bütün bunlar onu göstərir ki, biz hansı məcburiyyətlər qarşısında nələr itirə-itirə bu günə necə gəlib çıxmağımızdan sizin ya xəbəriniz yoxdur, ya da sizin üçün fərqi yoxdur. Keçmişini, tarixini dərindən bilməyən gələcəyi uğrunda mübarizə apara bilməz. Ulu Öndər Heydər Əliyev demişdir: “Ən qədim zamanlardan bu günə qədərki tarixini bilməyən, milli mənsubiyyəti ilə fəxr etməyən, onu dəyərləndirməyi bacarmayan gələcəyi uğrunda mübarizə apara bilməz”.

Dağlıq Qarabağ problemi, məlumdur ki, bu gün yaranmayıb. Ermənilərin Dağlıq Qarabağa necə köçürülməsi planının layihəsi hələ XVIII əsrin ortalarında II Yekaterinanın stolunun üstündə müzakirə obyektinə çevrilmişdi və nəticədə, onların indiki Dağlıq Qarabağa köçürülməsi baş tutmuşdu.

Təsadüfi deyil ki, hiyləgər ermənilərin bu faktı sonralar dana biləcəklərini duyan Ulu Öndər Heydər Əliyev, böyük uzaqgörənliklə, 1978-ci ildə ermənilərin özlərinə Ağdərə rayonunun Markuşavan kəndində Dağlıq Qarabağa köçürülmələrinin 150 illiyinə həsr edilmiş xatirə abidəsi ucaltdırmışdır. Təəssüflər olsun ki, indi Dağlıq Qarabağ probleminin həllində böyük bir fakt olan o xatirə abidəsinin izi-tozu da qalmayıb. Ermənilər bu faktı gizlətmək üçün həmin abidəni yerli-dibli yox ediblər. Bilirsinizmi, ermənilərin alçaqlıqları tək bununla bitmir. Utanmaq nədir bilməyən ermənilər, Azərbaycana köçürüldükləri bütün yerlərdə qədim tikililərdən daşları çıxarır, Azərbaycan dilində olan bütün yazıları erməni yazıları ilə əvəz edir, coğrafi adları dəyişir və tarixi saxtalaşdırırlar.

Dünya filosof və mütəfəkkirlərinin təsdiq etdikləri kimi, hörmət gördükləri xalqlara qarşı həmişə xəyanətkar mövqedə olmaq, ermənilərin həyat tərzinə çevrilmişdir.

Yadımdadır, mən hələ 1989-cu ildə Naxçıvanda işləyəndə, bir faktın şahidi oldum. Azərbaycanın Zəngəzur mahalının işğalından qabaqkı dövrün xəritəsini axtarırdım. Düşündüm ki, respublika partiya komitəsinin arxivində qalar. Ora getdim və aşkar etdim ki, 1936-cı ildə həmin xəritənin axırıncı nüsxəsini, partiyanın məxfi arxivindən – “sekretnıy çast” deyilən məxfi otaqdan bir erməni, təhqiqatçı adı ilə qol çəkib götürüb və bir də geri qaytarmayıb. Çox təsirləndim… Onda başa düşdüm ki, bugünkü xəyanətlərinin hazırlığını hələ o vaxtdan görürmüşlər…

Təəssüflər olsun ki, bu gün, ideoloji müharibə gedən bir zamanda belə, o abidənin adını çəkən yoxdur. Gərək ermənilərin Dağlıq Qarabağa köçürülməsini təsdiq edən bu abidəni, ermənilərin alnına, kimliklərini təsdiq edən bir möhür kimi vuran Ulu Öndər Heydər Əliyevi inkar edən hər kəs, kimə xidmət etdiyini dərk etsin və özünün kim olduğunu düşünsün! Bunu ancaq vətən xaini edə bilər!

Bəli, ermənilərə dəstək olan belə “vətənpərvərlər” tarix boyu olub, bu gün də var. Onları Dağlıq Qarabağ yox, millət, dövlət yox, yalnız hakimiyyət, pul, şəxsi mənafe maraqlandırır. Onların davası din davası deyil, un davasıdır. Onların məqsədi, nəyin bahasına olur olsun, yalnız hakimiyyətə gəlmək, bu çirkin məqsədlərinə nail olmaq üçün ağalarının tapşırıqlarını yerinə yetirməkdir. Ağalarının məqsədi isə tək Dağlıq Qarabağı yox, bütün Azərbaycanı ermənilərə verməkdir. Təki Azərbaycan kimi gələcəyi parlaq olan bir müsəlman dövləti dünya tarixinə düşməsin. Lakin onlar unudurlar ki, Ulu Öndər Heydər Əliyevi inkar edən heç bir qüvvə Azərbaycanda nə hakimiyyətə gələ, nə də vətənə və xalqa xeyir verə bilməz. Müdrik Azərbaycan xalqı öz liderini qorumağı bacarır!

Məsələ burasındadır ki, ermənilər bizə qarşı yönəlmiş qüvvələr aysberqinin görünən hissəsidir.

Belə ki, Dağlıq Qarabağ probleminin tarixi kökləri çox dərinliklərə gedir. Bu proses, I Pyotrun dövründən, Çar Rusiyası, Qacarlar dövləti dövründən başlanan, Sovet imperiyasından güc alan və bu gün daha da şiddətlənən bir prosesdir. Bu proses, torpaqlarımızın, davamlı olaraq, əldən getməsi ssenarisinin reallaşmasına xidmət edir. Unutmaq lazım deyil ki, bu gün Mərkəzi Kəşfiyyat İdarəsinin Qafqazdakı ən böyük ofisi və analitik iqamətgahı, Bakıda və Tbilisidə deyil, məhz Yerevanda yerləşir.

Ona görə də, Dağlıq Qarabağ probleminin həll olunmamasına və əlavə torpaqlarımızın getməsinə çalışan qüvvələr, get-gedə artmaqda davam edir. Ona görə də, “ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü – Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi xüsusi Minsk Qrupu 27 ildir ki, fəaliyyət göstərir. Lakin heç bir nəticə hasil olunmayıb. Qarabağa dair BMT-nin dörd qətnaməsi var. O sənədlərdə açıq-aydın qeyd olunur ki, işğalçılar qeyd-şərtsiz Azərbaycan torpaqlarını azad etməlidirlər. Hələ də, bu qətnamələr yerinə yetirilməyib. Baxmayaraq ki, ölkə Prezidenti İlham Əliyev bütün beynəlxalq tribunalardan bu barədə bütün dünyaya car çəkir. Lakin BMT Təhlükəsizlik Şurasının başqa dövlətlər üçün verilən qətnamələri, heç mürəkkəbi qurumamış belə, yerinə yetirilir. Bizə gəldikdə isə, 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş həmin dörd qətnamənin heç biri yerinə yetirilməyib. Çünki Ermənistanın xeyrinə bizə qarşı ikili standart siyasəti aparılır. Vasitəçi dövlətlər, amerikalı səfirlər, ATƏT-in Minsk Qrupu səfirləri və ATƏT sədri işğalçı və işğala məruz qalan tərəfi eyniləşdirən mənasız bəyanatlar və çıxışları ilə kifayətlənir, Ermənistana qarşı heç bir sanksiyaların tətbiq edilməsinə təsir göstərmirlər. Halbuki Ermənistana təzyiq göstərməli, onları Azərbaycan torpaqlarından çıxmağa vadar etməlidirlər.

Azərbaycan, təklənmiş bir müsəlman dövləti olaraq, bu kimi qüvvələrin qarşısında həmişə haqsızlıqla üzləşmiş, bu gün də o haqsızlıq qarşısındadır. Buna baxmayaraq, həmin qüvvələr, Dağlıq Qarabağ probleminin həllində yeganə güc və məqam olan ölkə Prezidenti İlham Əliyev və Onun hakimiyyəti, şər qüvvələri təşvişə saldığından, məşhur Çin sərkərdəsi Sun Tsızının təlimatında deyildiyi kimi, içimizdə olan ən murdar və alçaq insanlardan, sapı özümüzdən olan baltalardan istifadə edərək, ölkədə xaos yaratmaq və hakimiyyəti devirmək məqsədi güdürlər.

Lakin onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki onların bu nanəcibliklərini görən müdrik Azərbaycan xalqı xilaskarı Ulu Öndər Heydər Əliyevə və Onun davamçısı Cənab İlham Əliyevə olan sevgi və rəğbəti gündən günə artmaqdadır.

Lakin düşünürəm ki, vaxtilə hakimiyyətdə olub xalqı pis günə qoyanları tanımayan bugünkü gənclər arasında, sanki bir ideoloji boşluq vardır. Bu, böyük təhlükə mənbəyidir. Belə ki, bu gün Azərbaycan gəncliyinin 80 faizini 1988-ci ildən sonra doğulanlar təşkil edir. Dünyada gedən ictimai-siyasi proseslərdən xəbərsiz olan bu gənclər, hardan bilsinlər ki, Ulu Öndər Heydər Əliyev kimlərlə və necə vuruşmuş, hansı çətin yollardan keçmiş, Azərbaycanı hansı ağır vəziyyətlərdən çıxarmış, müstəqilliyini əldə etmiş və bugünkü gözəl, firəvan, abad bir müstəqil respublikaya çevirmişdir?! Onlar hardan bilsinlər ki, Azərbaycan 1988-93-cü illər dövrünü, yəni AXCP-Müsavat cütlüyünün yarıtmaz rəhbərliyi dövrünü səfalət içində yaşayıb?! Nə vaxt ki, özünü “vətənpərvər” kimi təqdim edən Kərimov Əli dövlət katibi vəzifəsində işləmişdir. İndi bütün bu biabırçılığa səbəb olduğundan, xəcalət çəkib xalqdan üzr istəmək əvəzinə, mətbuat vasitəsi ilə xalqa özünü “vətənpərvər” kimi göstərir? Xəcalət çəkmirlər ki, onların hakimiyyəti dövründə həmin xalq həftələrlə çörək növbəsində dayanmışdı və küçəyə belə çıxmaqdan qorxurdu. Kimə məxsus olduğu bilinməyən silahlı dəstələr küçələrdə at oynadırdılar. Bu gənclər hardan bilsinlər ki, işıqsız, qazsız xaos içində, müharibə şəraitində ac-yalavac yaşayan xalq, özlərinin yeganə güvənci, arxası bildikləri polislərin, şəxsən mənim yaxamdan yapışıb “bala, qurban olum, biz sizdən heç nə istəmirik, nə su, nə çörək! Bizi bu silahlıların əlindən qurtarın. Biz acından qorxusuz-hürküsüz ölmək istəyirik” – deyə, yalvarırdılar. Qışda soyuqdan isinmək üçün illərlə becərdikləri meyvə ağaclarını belə qırıb yandırırdılar? Körpə uşağa isti çay vermək üçün odun əvəzinə, uşaqlarının kitab-dəftərlərini yandırırdılar?! İndiki gənclər hardan bilsinlər ki, Azərbaycanı xarabazarlığa

çevirib, vəzifələrini dondurub qaçan bu yarıtmazlardan sonra bugünkü, dünyanı heyran qoyan Azərbaycanı, onun paytaxtı gözəl Bakını, bu əmin-amanlığı Ulu Öndər Heydər Əliyev yaradıb? Yoxsa bu gənclər elə bilirlər ki, indiki bu gözəl, firəvan, abad ölkəmizi elə bu vəziyyətdə ikən onların əlindən “zorla” alıblar? Hələ indi də, utanmaz-utanmaz bağırırlar ki, hakimiyyəti onların əlindən zorla alıblar? Hansı hakimiyyəti zorla alıblar? Bunlar hardan bilsinlər ki, vəzifələrini dondurub hakimiyyəti qoyub qaçandan sonra düşmənlər əhatəsində bölüşdürülmək ərəfəsində qalan Azərbaycanı, onların əlindən qurtaran, ölü bədənə ruh verən kimi dirildən, Ulu Öndər Heydər Əliyev olmuşdur? Bütün xalqa məlum olan bu aksiomanı danmaq hansı vicdana sığışar? İnsanda abır-həya yaxşı şeydir. O da ki, görünür, bunlarda yoxdur.

Bəli, 1988-ci illərdə həyata göz açan bugünkü gənclərimiz meydan hadisələrini, 1990-cı il qanlı 20 Yanvarı, 1992-93-cü illərdəki AXCP-Müsavat cütlüyünün hakimiyyəti dövrünün biabırçılıqlarını, 1994-cü il dövlət çevrilişinə cəhdi, 1995-ci il vətəndaş müharibəsini görməyiblər. İndi bu gənclər hardan bilsinlər ki, bütün bu hadisələrin baş verməsinə, torpaqlarımızın getməsinə əsas səbəb olan, zəmin yaradan bunlardır? Bizi dünya birliyindən, beynəlxalq dostluq yardımından təcrid edən, 907-ci maddədəki «düzəlişi» bir ləkə kimi millətin adına vurduran AXCP-Müsavat cütlüyünün hakimiyyəti olmuşdur? Hakimiyyətdə olub, hakimiyyəti qoyub qaçan, bu gün də “əziz xalqım”, “əziz həmvətənlərim”, “ana və bacılarım” deyib, özünü həyasızcasına gənclərə “vətənpərvər” kimi göstərən bu üzdəniraqlar, görəsən, xalqı nə dərəcədə ağılsız hesab edirlər?

Çox düşündürücüdür, ermənilər ayrı-ayrı əsrlərdə doğulsalar da, bir-birilərini görməsələr də, onları milli maraqları birləşdirir. Bir əsr bundan qabaq yaşamış ermənilərin məqsəd və məramlarını bugünkü ermənilər bilir və onu davam etdirirlər. Çünki zamandan və dövrdən asılı olmayaraq, onlar bir mərkəzdən idarə olunurlar və yeri gələndə, amalları uğrunda mübarizədə hər alçaqlığa belə gedirlər. Lakin bizim “vətənpərvərlər” isə vəzifə naminə hər cür alçaqlığa gedirlər! Yaranmış milli-ideoloji boşluq öz işini görür. Bu isə çox təhlükəlidir.

Odur ki, vaxtilə Dağlıq Qarabağda Topxanada armud ağacının kəsilməsinə dözməyən, ayağa qalxan xalq, bu gün onu xilas edən müasir, müstəqil Azərbaycan dövlətini quran və bugünkü əmin-amanlığa qovuşduran Ümummilli Liderinin, dövlət başçısının, bayrağının, millətinin aşağılanmasına belə dözür? Görünən budur ki, əks təbliğat bizi qabaqlayır.

Düşünürəm: necə olub ki, biz, qanlı əsrləri ötmüşük, keçilməz yolları keçmişik, çox itkilər versək də, bu günə salamat gəlib çıxa bilmişik?..

Nə yaxşı ki, Ulu Tanrı öz mərhəməti ilə, Ulu Öndər Heydər Əliyevi bizə vaxtında bəxş etmişdir. Yoxsa indi Azərbaycandan əsər-əlamət yox idi…

Əgər ermənilərin Heydər Əliyevi olsaydı, indi bütün dünya Ermənistan idi…

Əziz qardaş və bacılar, xarici xidmət orqanları tərəfindən idarə olunan bu üzdəniraq vətənpərvərlər və “söyüşçü qruplar”a, “siyasi mühacir”lərə uymaqdan əvvəl fikir verin görün onlar kimlərin qucağında özlərinə sığınacaq tapıblar?

Görün, o sığınacaq sahiblərinin hansı biri Dağlıq Qarabağ məsələsində bizi dəstəkləyiblər? Onların hansı biri BMT-nin Azərbaycanın xeyrinə çıxardığı dörd qətnamədən birinin belə adını çəkiblər? Niyə milyondan artıq qaçqınlarımızın, əsir düşmüş ana və bacılarımızın taleyi ilə maraqlanmır, erməni əsilli Leyla Yunusova kimilərdən ötrü dövlət səviyyəsində savaşa qalxırlar? Özlərinin əlaltısı olan, cinayət törədib həbsə düşənlərdən ötrü Qərbdə və Avropada, dünya birliklərində məsələmizi qaldırırlar? Sual olunur: xeyir ola, yurd-yuvasından qovulmuş bir milyondan çox qaçqınlarımızın, işgəncə verilən, əsirlikdə olan minlərlə soydaşlarımızın taleyi onları narahat etmir, bizim haqq səsimizə səs vermirlər, lakin dinc-firavan yaşayan xalqımızın taleyi onları “narahat” edir? Guya dövlətimiz tərəfindən Azərbaycan xalqı incidilir və bu, onları narahat edir, dinc, xoşbəxt yaşayan Azərbaycan xalqının müdafiəsinə qalxırlar? Əksinə, onlar Azərbaycan xalqının xoşbəxtliyini həzm edə bilməyən düşmənlərdirlər. İndi özünüz düşünün, bu düşmən qüvvələrə xidmət edən və sizi “xalqım” deyə özlərinin getdiyi xəyanət yoluna dəvət edən bu”siyasi muzdurları” Dağlıq Qarabağ, torpaq, xalq maraqlandırır? Əlbəttə, yox! Onları xarici kəşfiyyat orqanlarının vəd etdikləri xəyali hakimiyyət maraqlandırır. Onlar bu xəyalda ikən düşmənlər də inkişafda olan müsəlman dövlətini yıxmaq xəyalındadırlar.

Burada “Xəyalpərəst hambalın arzuları” hekayəsi yadıma düşür. Uzun müddət müştəri gözləyən ac-yalavac olan bir hambalı, bəy çağırır, aldığı bir küpə yağı evinə aparmağı tapşırır. Küpə çiynində bəyin evinə gedən hambalın sevindiyindən çiçəyi çırtlayır; yağ küpəsini apara-apara fikirləşir ki, ağam mənə iki şahı pul verəcək. Onu xəcləməyəcək, 4 ədəd yumurta alacağam. Həmin yumurtaları yeməyəcək, qonşunun kürt yatan toyuğunun altına qoyub, ordan dörd cücə əldə edəcəyəm. O cücələri də böyüdəcəyəm, hərəsinin altına 15 yumurta qoyacağam. Beləliklə, 64 toyuğum olacaq. 64 toyuğun hərəsinin altına 15 yumurta qoyacağam, kürt yatacaq, 960 toyuğum olacaq. Onların da hərəsinin altına 15 yumurta qoyacağam, beləliklə, yumurtadan toyuq, toyuqdan yumurta ala-ala, hesablayır ki, onun varı-dövləti şahın var-dövlətindən çox olur. Evlənmək qərarına gəlir, hətta şahın qızını belə, bəyənmir. O, bu xəyalda ikən, bəyin evinə pilləkənlərlə qalxmaq məqamında, ayağı ilişib yıxılır, küpə pilləkənlərə dəyib dağılır, yağ tökülür. Bir də ayılır ki, bəy onu təpiyinin altına salıb ayaqlayır. Beləliklə, xəyalpərəst hambalın bütün arzuları puç olur.

İndi bu “vətənpərvər”lər, xəyalpərəst hambalın günündədirlər. Çox çəkməz, onlar da, ağalarının göstərişlərini yerinə yetirə bilmədikləri üçün aldıqları qrant və “siyasi muzdur” pullarının müqabilində öz ağalarının kötəklərini yeyəcəklər…

Söz yox ki, bu siyasi muzdurlar özləri təhlükəli deyillər. İt hürər, karvan keçər. Təhlükəli hürməyən itlərdir! Hürənləri hürdürənlərdir!

Məlum məsələdir ki, bir xalqı məhv etmək üçün o xalqın içindən, məhz belə murdar və alçaq insanların əməkdaşlığından istifadə edir, əvvəlcə onun başçısını, xoşbəxt gələcəyə aparan liderini xalqının gözündən salır, sonra pərakəndə halında başsız qalmış xalqın özünü “parçala, hökm sür!” siyasəti ilə parçalayır və məhv edirlər.

Ayıq olun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir