Dünya Siyasət

İraqın Təhsil naziri istefa verir – Qardaşı İŞİD-çidir

Sharing is caring!

İraqın Təhsil naziri Şeyma Hiyali istefa vermək niyyətindədir. 

XəbərAl.az  xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb nazirin qardaşı Leyt Hiyalinin İŞİD üzvü olmasıdır.

Mövzu barədə Ş. Hiyali mətbuata açıqlama verib. O, terroristlərlə əlaqəsinin sübuta yetirildiyi təqdirdə özü şəxsən istefa verəcəyini qeyd edib: “Terror, və yaxud terroçularla əlaqəm varsa, hər kəsin qarşısında baş nazir Adil Əbdülhəmidə müraciət edirəm,o, mənim istefamı qəbul edər. Terrorçu deyilən qardaşım əlinə silah alıb iraqlıları öldürməyib. Öldürənlərə də dəstək olmayıb”.

 

Qeyd edək ki, Şeyma Hiyalı 4 gün əvvəl vəzifəyə təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir