manset Siyasət

Qətər əmiri Azərbaycana yeni səfir təyin edib

Sharing is caring!

Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Tani Azərbaycana yeni səfir təyin edilməsi barədə qərar imzalayıb.

XəbərAl.az “Gulf Times”a istinadən xəbər verir ki, Qətərin Bakıdakı diplomatik nümayəndəliyinin yeni rəhbəri Faysal Abdullah Hamad Abdullah əl-Henzab olub.

Bununla yanaşı, əmir imzaladığı qərarla Kosta Rika, Türkmənistan və Argentinaya da yeni səfirlər təyin edib. Qərarlar ölkənin rəsmi bülletenində dərc edildiyi andan qüvvəyə minir.

Qeyd edək ki, 2016-cı ilin oktyabrından 2018-ci ilin iyun ayına qədər Qətərin Azərbaycandakı səfirliyinə Yusuf bin Hassen əl-Saai rəhbərlik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir